“Reina” terrorçusunun yeri 1 həftə əvvəl bəlli idi. Bu sözləri türkiyəli yazar Cem Kiçik deyib. O iddia edib ki, terrorçunun arxasındakı qüvvələrin aşkara çıxarılması üçün gözləmək lazım gəlib: “Polis və kəşfiyyat İstanbulda 200 nəfərlik İŞİD şəbəkəsini müəyyən edib. Onların 2 ay əvvəl qarət edilən valyuta məntəqəsində əli olduğu öyrənilib. Bu şəxslər oğurladıqları pullarla birlikdə yaxalandı və şəbəkə ortaya çıxdı. Kəşfiyyat isə 2 gün əvvəl “Reina” terrorçusunun ən yaxın adamını ələ keçirdi. Sonrası da corab söküyü kimi davam etdi”. Kiçik 200 nəfərlik şəbəkənin Türkiyəyə İordaniyadan gəldiyini bildirib: “İŞİD İordaniya və İsrailə heç vaxt hücum etmədi. Bu əməliyyatla İŞİD-i dəstəkləyən bütün qüvvələr ortaya çıxacaq. Türkiyənin İŞİD-i dəstəkləmədiyi artıq məlumdur”. Qeyd edək ki, Yeni il gecəsi 39 nəfərin həlak olduğu “Reina” qətliamını törədən “Əbu Məhəmməd Əl Xorasani” kod adlı terrorçu – Əbdülqədir Maşaripov dünən gecə İstanbulda yaxalanıb.
Sorğu
Yeni dizaynımız necədir?