Bu barədə Rusiya mətbuatı Honkonqun “Pinqo jibao”(Apple Daily) qəzetinə istinadla xəbər yayıblar.
Söhbət “Dunfen-41” (Dongfeng-41, DF-41) raketləri ilə təhciz olunmuş 3 raket briqadasından gedir. Məlumata görə bu briqadalardan biri ölkənin şimal-şərqindəki Xeyluntszyan əyalətində, biri mərkəzi Xenan əyalətində, üçüncüsü isə əsasən uyğurların yaşadığı Sincan əyalətində yerləşdirilə bilər. Bu raketlər azı 10-12 min kilometrlik məsafə qət edə bilir. Global Times-ın yazdığına görə, bir sıra KİV vasitələri raketlərin fotolarının yayılmasının ABŞ prezidenti Donald Trumpun andiçmə mərasimi ilə bağlı olduğunu yazırlar. Onlar hesab edirlər ki, bu Trumpun Çinə qarşı bəyanatlarına reaksiya ola bilər. Məlumatlara görə bu raketlər ABŞ-a 30 dəqiqəyə çata bilir. Rusiyadakı geosiyasi problemlərlə bağlı akademiyanın prezidenti, hərbi elmlər doktoruKonstantin Sivkov da bunun ABŞ, Kanada və Avropaya qarşı yönəldiyini düşünür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?