ABŞ adminstrasiyası deyir, prezident Donald Trump Ukrayna prezidenti Petro Poroshenko ilə danışarkən Rusiya ilə sərhəddə sülhü bərpa etmək üçün çalışacaqlar.
“Biz Ukrayna, Rusiya və digər tərfdaşlarla Ukrayna-Rusiya sərhəddində sülhü bərqərar etmək üçün işləyəcəyik”, fevralın 4-də yayılan açıqlamada Trump bildirib.
Açıqlamada göstərilir ki, iki lider yaxın gələcəkdə görüşməyi planlaşdırıblar.
Poroshenko və Trump Liviya, Avropaya qaçqın axınını, İraliyada keçiriləcək “Böyük 7-liyin görüşünü də müzakirə ediblər.
Liderlər özünü İslam Dövləti adlandıran yaraqlılar və digər terrorist qruplara qarşı mübarizədə birgə əməkdaşlıqdan da danışıblar.
Ukrayna prezidenti Trump-a ölkəsinin ərazi bütövlüyünü və suverenliyinə güclü dəstək verdiyi üçün təşəkkür edib.
Poroshenko Trump-ın Rusiyaya qarşı ABŞ-ın Krım məsələsinə görə qoyduğu sanksiyaları geri çəkə biləcəyindən narahatlığını da dilinə gətirib.
2014-cü ilin aprelindən Ukrayna şərqində baş verən münaqişədə 9800 -ə yaxın adam öldürülüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?