Keçən ilin iyulunda Patrul-post xidməti alayının ərazisini tutmuş silahlı qrupun üzvlərinə çörək aparan Artur Sarkisyanı Xüsusi istintaq xidmətinə keçirirlər. Virtualaz.org-un Ermənistan bölməsi bildirir ki, bu barədə jurnalistlərinə Arturun qardaşı Arsen Sarkisyan telefonla məlumat verib. Qeyd edək ki, Artur Sarkisyan ötən il avqustun başlanğıcında saxlanmış, amma ilin sonunda azadlığa buraxılmışdı. Onun sözlərinə görə, bu gün onların Armavir vilayətinin Byureqavan kəndindəki mənzilinə polisin 6-cı idarəsinin mülki geyimdə olan doqquz əməkdaşı gəlib. Artur yalnız bunu bildirməyə vaxt tapıb ki, onu saxlayırlar. Vəkil Tiqran Yeqoryan dəqiqləşdirə bilməyib ki, onun müdafiə etdiyi şəxs saxlanılıb və ya harasa getməyə məcbur edilib. Yeqoryan qeyd edib ki, İstintaq xidmətinə gedir və təfərrüatlar haqda sonra məlumat verəcək. Arsen Sarkisyanın sözlərinə görə, bir neçə gün əvvəl polislər özlərini sahə müvəkkilləri kimi təqdim edərək artıq kənddə olublar və Artur Sarkisyan haqda məlumatlar toplayıblar. Xatırladaq, Artur Sarkisyan keçən ilin iyulunda şəxsi maşınında polis kordonunu yararaq alayı tutmuş “Sasna Tsrer" üsyançılarına yemək və tibbi ləvazimatlar çatdırmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?