GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » DAŞKƏSƏNDƏ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ

DAŞKƏSƏNDƏ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ

Tarix: 13-02-2017, 15:04 Bölmə :Dünya Baxış: 542
DAŞKƏSƏNDƏ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ

DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ 5-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

Daşkəsən Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi ilə birgə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri və hərbi xidmətə çağırış yaşlı gənclər iştirak ediblər.

Tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilk öncə başda general-leytenant Arzu Rəhimov olmaqla Xidmətin bütün şəxsi heyətini, o cümlədən də Daşkəsən rayon bölməsinin əməkdaşlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə səmimi-qəlbdən təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır. Azərbaycanda fəaliyyəti ilə seçilən, ictimaiyyətin daim diqqət mərkəzində olan dövlət qurumları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin özünəməxsus yerini vurğulayan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev dərin məzmunlu nitq söyləmişdir. O, çıxışında demişdir:

DAŞKƏSƏNDƏ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ

- Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 13 fevral 2012-ci il tarixli Fərmana əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması, səlahiyyətlərinin genişləndirilməsi vaxtında atılmış mühüm və uğurlu addımlardan biridir. Bu gün Dövlət Xidmətinin yaranmasından beş il ötür. Ötən qısa müddətdə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurlu inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib. Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra mühüm tədbirlər görülüb.

Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev son dövrlər ölkədə keçirilən hərbi təlimlər zamanı Səfərbərlik Xidmətinin Müdafiə Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyətindən də danışaraq qeyd etmişdir:

- Bu təlimlər zamanı uğurla həyata keçirilən səfərbərlik prosesi Dövlət Xidmətinin öz işini günün tələblərinə uyğun qurmasının nəticəsidir. Bu, ehtiyatda olan bütün insanları sevindirir. Çünki biz də hər zaman özümüzü Silahlı Qüvvələrin və Səfərbərlik Xidmətinin tərkibində görürük, hər zaman səfərbər olmağa hazırıq. Bunu əməlimizlə də təsdiq etmişik. Qeyd edim ki, 2015-ci ilin fevral və sentyabr

aylarında Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən səfərbərlik təlimlərinin keçirilməsi haqqında verilmiş tapşırıqlar Daşkəsən rayonu tərəfindən uğurla icra edilmişdir. Hərbi vəzifəlilərin və texnikaların qısa müddət ərzində təyin olunmuş hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilmişdir. 2015-ci ilin sentyabrın 12-də Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi səhrada Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun cəbhəboyu zonada yerləşən rayon icra hakimiyyətlərinin başçılarının iştirakı ilə keçirilən müşavirədə səfərbərlik işini yüksək səviyyədə təşkil etdiyinə görə Daşkəsən rayonun adı birincilər sırasında qeyd olunmuşdur.

Çıxışında Əhəd Abıyev 2016-cı ilin aprel döyüşlərindən, habelə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasını ilə bağlı tədbirlərdən də geniş söhbət açmışdır:

- 2016-cı ilin uğurlu aprel döyüşlərini qiymətləndirərkən ölkə Başçımız demişdir: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”. Xüsusi vurğulanmalıdır ki, aprel döyüşləri xalqımızın yenilməzlik, mübarizlik əzmi ilə yanaşı, həm də Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu gün möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin tam qətiyyətini göstərdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan dədə-baba torpaqlarından bir qarışını belə verməyəcək və ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Eyni zamanda da bu uğurlu əməliyyat işğalçı Ermənistan rejiminin özünü dərindən sarsıtdı. Qurur hissi ilə deyirəm, həmin döyüşlərdə daşkəsənli gənclər də iştirak etmiş, rəşadət göstərmişlər. Daşkəsən rayonu işğal altında qalmış Kəlbəcər rayonu ilə 23 km, mənfur Ermənistanla 8 km həmsərhəddir. Bu amillər də daşkəsənli gənclərin vətənpərvərlik hislərini daha da coşdurur. Aprel döyüşləri gedən müddətdə biz rayon ictimaiyyəti hamılıqla silaha sarılıb möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə döyüşlərə atılacağımız anı gözləyirdik, bu gün də səbirsizliklə gözləyirik.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ilin əvvəllərində Ulu öndərin rəhbərliyi altında Azərbaycan Ordusunun keçirdiyi Horadiz əməliyyatı zamanı erməni işğalından azad edilmişdi. Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burda yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında keçirilmiş uğurlu aprel döyüşləri və 24 yanvar 2017-ci il tarixli “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı xalqımıza ötən il qələbə sevincini, bu il isə yurda qayıdışın qürur dolu hisslərini yaşatdı. 2003-cü ilin payızından etibarən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə, ölkəmizin ərazi bütövlüyünün bərpasına, qaçqın-köçkünlərimizin yurd-yuvalarına qayıtmasına çalışan Prezident cənab İlham Əliyev qarşıya qoyduğu məqsədlərə mərhələ-mərhələ nail olur. Ötən ilin aprel döyüşləri də, bu ilki Cocuq Mərcanlıya qayıdış

layihəsi də həmin mərhələlərin tərkib hissələridir. Daha böyük sevinclər və daha uğurlu əməliyyatlar isə qabaqdadır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin fəaliyyətindən danışan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışının sonunda demişdir: “İnanırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqlar. Bu yolda onlara uzun ömür, cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Vətən naminə fədakarlıq göstərən əziz insanlar, peşə bayramınız bir daha mübarək olsun!”

Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi mayor İxdiyar Əhmədov bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət göstərdiyi ötən 5 il ərzində ölkədə səfərbərlik işini təşkil etmiş, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, çağırışçıların müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və ordu quruculuğu sahəsində qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə həyata keçirmiş, şəffaflıq prinsiplərinə əsaslanaraq dövlət orqanı kimi özünü doğrultmuşdur. İxdiyar Əhmədov onu da qeyd etmişdir ki, 2016-cı ilin aprel döyüşlərində ordumuzun uğurlu döyüş əməliyyatlarından ruhlanan yaşından asılı olmayaraq yüzlərlə rayon sakini döyüşlərdə iştirak etmək üçün bölməyə müraciətlər etmişlər. Sadalanan bu göstəricilər isə, əlbəttə ki, rayonda olan hərbi vətənpərvərlik hissinin yüksək səviyyədə olmasından irəli gəlir.

Sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev də çıxış edərək ilk öncə Xidmətin əməkdaşlarını təbrik etmişdir. M.Yolçuyev çıxışında xüsuslə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin “Yeni Müsavat” qəzetinə 11 fevral 2017-ci il tarixli müsahibəsi barədə toplantı iştirakçılarına ətraflı məlumat vermiş və bildirmişdir ki, həmin müsahibəsində Əhəd Abıyevin bütün rayon icra hakimiyyəti başçılarının Prezident Administrasiyasının razılığı əsasında qruplar halında Cocuq Mərcanlıya səfər etməsi təklifini rayon ictimaiyyəti, Daşkəsəndən seçilmiş deputatlar və YAP fəalları ürəkdən dəstəkləyirlər.

Sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev, şəhid anası Qızbəs Abbasova, Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov, Qarabağ müharibəsi veteranı Vilayət İbrahimov və Bayan kənd tam orta məktəbin hərbi rəhbəri Adil Məmmədov çıxış edərək öz təbriklərini çatdırmış, Xidmətin işinə yeni-yeni uğurlar arzulamışlar.

Tədbirin sonunda Dövlət Xidməti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin bir qrup əməkdaşına fəxri fərman və mükafatlar təqdim edilmişdir.

Elmar VÜQARLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda səfərbərlik

    Azərbaycanda səfərbərlik ...

    4-02-2015, 12:25

  • 
  • Səfər Əbiyevə sarsıdıcı zərbə

    Səfər Əbiyevə sarsıdıcı zərbə ...

    13-12-2012, 17:01

  • 
  • Şəhid hərbçimiz Fikrət Bəşirov dəfn edildi

    Şəhid hərbçimiz Fikrət Bəşirov dəfn edildi ...

    15-01-2017, 19:40

  • 
  • Hərbi xidmətə çağırış başladı

    Hərbi xidmətə çağırış başladı ...

    1-10-2013, 13:01

  • 
  • Füzulidə 20 yanvar faciəsi qurbanları xatirəsi anılmışdır

    Füzulidə 20 yanvar faciəsi qurbanları xatirəsi ...

    20-01-2014, 14:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu