Kardak qayalıqları ətrafında Türkiyə sularına qanunsuz daxil olan yunan gəmisi ilə türk gəmiləri arasında yenidən gərgin anlar yaşanıb. Türkiyənin TCSG-72 nömrəli Sahil Təhlükəsizlik Xidmətinə məxsus kateri yunan gəmisini ərazidən çıxarmaq üçün anidən hərəkətə keçib. Rabitə əlaqəsi vasitəsilə edilən xəbərdarlıqdan təxminən 3 saat sonra qarşı tərəf Türkiyə sularından çıxıb. Qeyd edək ki, son dövrlər Kardak ətrafında gərginliyin artdığı müşahidə olunur.
Sorğu
Yeni dizaynımız necədir?