Polis tərəfindən təcavüzə uğradığı iddia edilən qaradərili cavan oğlana görə 16 orta məktəb binasını blokadaya alan tələbələrə qarşı, göz yaşardıcı qazdan istifadə olunub.
İddia edilən təcavüz və digər polis zorakılıqlarına qarşı paytaxtda etirazlar davam edir. Theo adı ilə tanınan zərərçəkmiş, fevralın ikisi saxlanıldıqdan sonra, polislər tərəfindən dəyənəklə döyülüb. Dörd polis nəfəri sorğu üçün saxlanılıb. Place de la Nation-da başlayan etirazlarda nümayişçilər, zibil qutularını yandırıblar.
Nümayişçilər, zibil qutuları və digər əşyalardan barrikadalar quraraq məktəblərin girişlərini bağlayıblar. Hər hansı ciddi yaralı olması barəsində məlumat olmasa da, sosial mediada Place de la National-dakı mitinqdən polis ilə etirazçılar arasındakı toqquşmaların şəkilləri yayılıb. Polis bir neçə nəfərin saxlandığını bildirib. Yerli mediaya əsasən, polis, öncədən razılaşdırılmamış olduğuna görə etirazları qanunsuz adlandırıb.
Fransa mediası, Montpelier-də də etirazların baş verdiyini açıqlayıb. Bu ayın əvvəlində Theo, polisdən aldığı travmaları haqqında xəbər yayıb. O deyib ki, Parisin şimal-qərbində yerləşən evindən çıxdıqdan sonra, gözlənilmədən, narkotik maddə alverçiləri ilə bağlı aparılan polis yoxlanışına cəlb olunub. O, bildirib ki, dəyənək ilə döyülüb, eləcə də, irqçi təhqirlərə məruz qalıb. Ona tüpürüldüyü və cinsiyyət orqanlarına zərbələr vurulduğunu da iddia edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?