Yaxın Şərqdə sərhədlərin yenidən dizayn edilməsinin vaxtı gəlib çatdı. Bunu İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani bildirib. Bərzani Yaxın Şərq üçün yeni bir beynəlxalq razılaşmanın lazım olduğunu, bunun üçün Skays-Pikotta dövrünün başa çatdığını və kürd dövlətinin yaranması üçün yeni bir müqavilənin vacibliyini qeyd edib. İraq və Suriyanın yenidən əsla bütöv olmayacağını və bölgədə məcburi şəkildə bir yerdə yaşamağın xətalı olduğunu söyləyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?