Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdan zaman təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
“Gündəm Xəbər” bildirir ki, Ərdoğan Rusiyadan S-400 raketdən müdafiə sistemlərinin alınması məsələsinə də toxunub. “Rusiya ilə müdafiə sənayesində bəzi işlərimiz var. Baş nazir olduğum zaman ilk addımlar atılmışdı. ABŞ, Fransa, Çin və Rusiya raketlərlə bağlı bəzi təkliflər vermişdi. O vaxt ən baha təklifi Rusiya etmişdi. İndi isə ruslar təklifi çox aşağı salıblar. Onlarla görüşləri davam etdiririk. Bu məsələyə tezliklə son qoymaq niyyətindəyik”, - Ərdoğan bildirib. Ərdoğan qeyd edib ki, Türkiyə NATO-da olduğu üçün buna etiraz edənlər var: “Amma bu, doğru yanaşma deyil. Bu gün Yunanıstan da rus raketlərindən istifadə edir. Hər kəs öz müdafiə anlayışını özü müəyyənləşdirir. Biz NATO daxilində bu imkanlardan istifadə edə bilmiriksə, o zaman başımızın çarəsinə baxmalıyıq”.
Sorğu
Yeni dizaynımız necədir?