YPG Suriyada Türkiyəyə qarşı 100 minlik ordu toplamağa çalışır.
Bu barədə Yeniakit.com.tr saytı məlumat yayıb. Xəbərdə rəsmi Ankaranın daxili və xarici siyasətdə, terrorla mübarizədə yeni qərarlar verəcəyi bildirilib: “Yeni strateji yol xəritəsi üzərində işlər aparılır. Xüsusilə, 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı önəmli qərarların veriləcəyi bildirilib. Xarici siyasətdə radikal addımlar atıla bilər. Terror qruplaşması YPG-yə qarşı irimiqyaslı əməliyyatların aparılacağı gündəmdədir. YPG rəhbərliyi Abdulla Öcalanın xəyalı olan 100 minlik ordu qurmaq üçün çalışır. Rusiya və ABŞ-ın dəstəyi ilə bütün silahlarla təmin edilən terrorçular zirehli diviziya yaratmaq istəyir”.
Sorğu
Yeni dizaynımız necədir?