Ermənistandakı seçkilərdə səs verən Respublikaçılar Partiyasının sədri, prezident Serj Sərkisyan biabırçı durumla üzləşib.
Musavat.com xəbər verir ki, İrəvandakı 9 saylı dairənin 18-ci dairəsinə gələn ölkə başçısı səsvərmədən öncəki prosedur zamanı gülünc vəziyyətdə qalıb. Belə ki, texniki vasitə S.Sərkisyanın biometrik pasportunu tanımayıb. 2 dəqiqə ərzində gözləməli olan Ermənistan prezidenti ilə bağlı baş verən kuryoz olay daha sonra aradan qaldırılıb. İddia olunur ki, burada sırf texniki problem olub.
Səs verəndən sonra publika qarşısına çıxan S.Sərkisyan özünü sındırmayaraq deyib ki, bülleteni əlinə alanda “sülh haqqında” düşünüb. Bir neçə gün əvvəl müharibə bəyanatı verən S.Sərkisyan iddia edib ki, sülh yolu yeganə yoldur. “Biz hər şeyi edirik ki, sülh olsun, sərhədlərimiz toxunulmaz qalsın” - o, deyib. Partiyasının şansına gəldikdəsə, bildirib ki, bu gün şansı dəyərləndirmək vaxtı deyil: “Bu gün səsləri qazanmaq vaxtıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?