gundemxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən keçirilmiş əməliyyat zamanı silahlılardan biri hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib. Silahlı şəxslərdən polisin atəşi nəticəsində öldürülüb. Digər iki nəfər isə mühasirəyə alınaraq zərərsizləşdirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl vilayətin Lenin rayonunda gecə saatlarında baş vermiş silahlı insident nəticəsində 2 polisi öldürülmüşdü.
Baş vermiş hadisə anbaan polis maşınına quraşdırılan kamera tərəfindən lentə alınıb. Hadisə polis əməkdaşlarının qəza baş verən yerə gəldikdən sonra baş verib.
Videoda qeyri-slavyan görünüşə malik şəxslərdən birinin əvvəlcə polislərlə söhbət etdiyi görünür. Daha sonra silahlı şəxslər avtomobillə hadisə yerindən uzaqlaşırlar. Amma bir neçə dəqiqə sonra geri dönüb polislərə atəş açırlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?