Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Tayvanda tragikomik hadisə baş verib. Hadisəni həkimlərə danışan Boonmak adlı şəxs bunları deyib: “Səhər tezdən oyanıb tualetə getdim unitazda oturan zaman cinsi orqanımda dəhşətli ağrı hiss etdim...”
Refleks olaraq əlini aşağı aparan 38 yaşındakı adam, penisindəki arğrının dişləyən böyük bir ilan olduğunu anlayanda şoka düşüb. Vahimə içində xanımını köməyə çağıran adam cinsi orqanını buraxmayan sürünənə qarşı mübarizə etməyə başlayıb. Qorxunc hadisə zamanı hamam otağı sanki bir cinayətə səhnə olmuş kimi al qana qərq olub. İlandan xilas olmaq üçün dahiyanə bir plana əl atan Boonmak əlinə keçirdiyi iplə dörd metr uzunluğundakı ilanı başından boğmağa başlayıb. İlanın ağzından qurtulan adam huşunu itirərək yerə yıxılıb. Xəstəxanıya aparılan şəxsin sağlamlıq vəziyyətinin stabil olduğu bildirilir. Unitaza ilişib qalan ilansa fövqalədə işcilərinin 5 nəfərlik köməyi ilə borudan çıxarılıb.
Qeyd edək ki, borudan çıxarılan ilanı vəhşi təbiətə buraxıldığı qeyd olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?