Lenin olmasaydı, Rusiya Avstriya-Macarıstan İmperatorluğunun taleyini yaşayacaqdı. Bu sözləri İsrailin “Nativ" xüsusi xidmət orqanının keçmiş lideri Yakov Kedmi deyib. “Tarixin yenidən yazılmasına və abidələrin məhv edilməsinə qarşıyam. Bu doğru deyil. Xalq tarixinə və özünə hörmət etməlidir. Atalarımızın tarixdə yazdıqları o cür də qalmalıdır. 1917-ci il Rusiya siyasi elitasının tənəzzülüdür. Fevral-oktyabr inqilabları arasındakı dönəmdən söhbət gedir. Lenin olmasaydı, oktyabr inqilabı da olmayacaqdı. Əgər oktyabr inqilabından sonrakı proseslər də olmasaydı, Rusiya Avstriya-Macarsıtan İmperiyasının durumuna düşəcəkdi”, - Kedmi bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?