İran prezidenti Mahmud Əhmədinejad iyulun 16-da Sosial Təminat Təşkilatının 60 illiyi münasibətilə keçirilən mərasimində çıxış edib.
“Media forum” saytının məlumatına görə, Əhmədinejad deyib ki, yoxsulluğu aradan qaldırmaq üçün hakimiyyətin əsas vəzifəsi ölkə sərvətini vətəndaşlar arasında bərabər şəkildə bölüşdürmək olmalıdır: “Ədalətin elə həyata keçirilməlidir ki, insanlar bütün fürsətlərdən və ümumi sərvətdən faydalanaraq şərəfli ömür sürə bilsinlər. Əsl ədalət kamil insanın hakimiyyətinin bərqərar edilməsi ilə mümkün olacaq. Buna baxmayaraq bizim də borcumuz imkan daxilində bu istiqamətdə addım atmaqdır.
Əgər maneələr olmasaydı, bacara bilsəydim, ölkənin bütün sərvətini xalq arasında bölüşdürərdim. Ümid edirəm elə bir gün gəlib çatacaq ki, milli gəlirlərin, o sıradan neft gəlirlərinin hamısı, milli təhlükəsizliklə bağlı hissəni çıxandan sonra, insanlar arasında bərabər şəkildə bölüşdürüləcək. Mən harada olmağımdan asılı olmayaraq həmişə fəhlələrin tələbləri istiqamətində hərəkət edəcək, onların səsi, həm də onların nökəri olacağam”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?