2010 və 2012-ci illər arasında Çin hökuməti iyirmiyədək Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentlərini ya öldürüb, ya da həbs edib. “New York Times” qəzetinin xəbərinə görə, bu, indiyədək ölkənin kəşfiyyat sisteminin xaricdə informasiya toplamasına dəyən ən böyük ziyandır.
Virtualaz.org xəbər verir ki, MKİ-nin haker hücumuna məruz qalması və ya hansısa köstəbəyin Çin hakimiyyətinə agentləri aşkarlamaqda kömək etməsi bəlli deyil. Bunukəşfiyyat rəsmiləri qəzetə bildirib. Onların sözlərinə görə, casuslar başqalarına da görk olsun deyə hökumət binasının həyətində güllələnib. Mənbə ən azı bir casusun hökumət binasının həyətində güllələndiyinin təsdiqləndiyini deyib. Bununla Çin hakimiyyəti başqalarına da göstərmək istəyib ki, ABŞ kəşfiyyatına işləməyin axırı necə olur.
MKİ bu informasiyanı şərh etməyib. Dörd sabiq MKİ rəsmisi qəzetə bildirib ki, 2010-cu ildən Çinin dərin hökuməti bilgiləri tükənməyə başlayıb. İnformatorlar isə 2011-ci ilin əvvəllərində yoxa çıxmağa başlayıb. Bir mənbə bildirib ki, MKİ və FTB bu hadisəni “Honey Badger” adı altında araşdırıb. Nəticədə, bir sabiq MKİ əməliyyatçısı şübhəli bilinsə də, yetərli sübut olmadığından o həbs edilməyib. Hazırda o, bir Asiya ölkəsində yaşayır.
2012-ci ildə ABŞ-a casusluq iddiası ilə bir çinli məmur həbs edilib. Həmin vaxt media hər hansı başqa bir həbs və ya ölüm barədə məlumat verməyib. Bildirilir ki, Amerikanın xeyrinə casusluq edən Çin məmurları bunu ölkədəki korrupsiyadan məyusluqla əsaslandırmışdılar. Casusların aşkarlanaraq zərərsizləşdirilməsindən sonra ABŞ kəşfiyyatı Pekindəki səfirliyin bütün əməkdaşlarını yoxlayıb, onların arasında Çin agentinin olub-olmadığını aşkara çıxarmağa çalışıb. Lakin casusları kimin satdığını müəyyən etmək mümkün olmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?