Filippin polisi ölkənin paytaxtında kazinoya hücum etmiş kişinin şəxsiyyətini müəyyən edib.
Həmin şəxs Filippin Maliyyə Departamentinin keçmiş əməkdaşı Cessi Karlos olub. O, 2014-cü ildə öz əmlakını hakimiyyətdən gizlətməyə çalışdığına və bununla ölkədə dövlət xidmətçilərinin aktivlərinin şəffaflığı haqqında tələbi pozduğuna görə işdən çıxarılıbmış. Ona, həmçinin hər hansı dövlət postunu tutmaq qadağan edilib, eləcə də işdən çıxarılarkən almalı olduğu maddi yardımdan məhrum olunub. Bundan başqa, Karlos qumar oyunlarına aludə olub, amma bunun üçün vəsaiti çatmayıb. Üstəlik arvadının xahişi ilə ona bütün kazinolara giriş qadağan edilib. Mətbuat konfransı zamanı yerli polisin rəisi deyib ki, hadisə terror aktı deyil: “Biz cinayətkarın şəxsiyyətini axır ki, müəyyən etmişik. Qohumlarının bildirdiyinə görə, o, kazino oyunlarına aludə olduğuna görə borc içərisində boğulurmuş”. Xatırladaq ki, “Resorts World Manila” otelindəki kazinoya tüfənglə hücum edən həmin şəxs burada adamlara atəş açıb, masaları yandırıb. Hücum zamanı 38 nəfər həlak olub, 50-dək insan yaralanıb və sonda o özünü də qətlə yetirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?