Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) siyasi hüquqlarını qorumağa söz verirəm.
Bunu Kolumbiya prezidenti Xuan Manuel Santos qiyamçıların silahlarının təhvil verilməsi mərasimində çıxışı zamanı deyib. “Mən FARC-ın siyasi və iqtisadi modelləri ilə razı deyiləm, amma onların hüquqlarını demokratiya çərçivəsində qoruyacağıma söz verirəm”, - Santos bildirib. Qeyd edək ki, hökumətlə əldə edilən razılaşmaya əsasən, qiyamçılar avqustun 1-nə kimi silahlarını təhvil verməlidirlər. İyulun 31-dən isə FARC siyasi partiyaya çevriləcək./axar.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?