Ermənistanda Azərbaycan mallarının idxalına qadağa yoxdur, sadəcə olaraq bu, mənəvi məsələdir.
Bu sözləri Ermənistanın dövlət gəlirləri Komitəsinin sədri Vartan Arutyunyan deyib.
Ermənistana Azərbaycan mallarının keçməsi halları ilə bağlı danışan Arutyunyan bildirib: “Mən neçə dəfə demişəm ki, bu düzgün deyil”. Bəs Azərbaycan malları Ermənistana qanuni şəkildə, müvafiq sənədlərlə gömrükdən keçərək daxil olarsa onda necə? Bu mallara yenə də qadağa qoyulacaqmı? Vartan Arutyunyan bu haqda deyib: “Sırf emosional nöqteyi-nəzərdən bu qəbuledilməzdir. Bu gün həmin adamlar cəzalarını alıblar”.
Xatırladaq ki, bu yaxınlarda İrəvan bazarlarında Azərbaycan almaları aşkarlanıb və bu ölkədə qalmaqal yaranıb. Almalara görə bir neçə gömrük məmuru cəzalandırılıb, meyvə bazarlardan yığışdırılıb. Məlum olub ki, alma Gürcüstan üzərindən qaçaqmal şəklində Ermənistana keçirilib. Daha sonra Ermənistan gömrükçüləri Azərbaycan çayının və duzunun sərhədi keçməsinin qarşısını alıblar./virtualaz.org/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?