ABŞ prezidenti Donald Tramp və Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında dünya ictimaiyyətinin gözlədiyi “böyük görüş”ə lap az qalıb.
Lakin qərb mətbuatının,siyasi ekspertlərin, ələlxüsus da kəşfiyyat orqanlarının bu görüşə olan münasibətində qorxu və narahatlıq müşahidə olunur.
“Moskva hesab edir ki, onun lideri, bir vaxtlar ölkənin kəşfiyyat şəbəkəsinə rəhbərlik edən Vladimir Putin Trampdan istədiyi böyük güzəşti qopara bilər”, - deyə “The Daily Beast” qəzetinin əməkdaşı Kimberli Dozier yazır.
ABŞ rəsmiləri də Putinin terrorizmlə birgə mübarizə kimi qulağa xoş gələn vədlərlə Ağ Evin rəhbərini sanksiyaların yumşaldılmasına razı sala biləcəyi ehtimalını dilə gətirirlər.
“Əgər Rusiya ilə görüşürsünüzsə, heç bir şeyi pulsuz verməyin”. Bunu isə Qərb diplomatlardan biri Trampa çağırış edib.
Saytın yazdığına görə, Avropa rəsmiləri Trampın təcrübəsizliyi və Putinin hiyləgərliyinin ABŞ-la Avropa arasında münasibətlərin zədələnməsinə, Kremlin yenidən super dövlət statusuna qayıdacağına, Rusiyanın aqressiv və işğalçı siyasətinin gücləndirəcəyinə gətirib çıxaracağından olduqca narahatdırlar.
“Avropada qorxu indidən hiss edilir. Onlar görüş zamanı hər hansı razılaşma əldə olunacağının təşvişi içindədirlər. Putin həmişə belə görüşlərdə balıq özünü suda hiss etdiyi kimi davranıb. Onun konkret gündəliyi var və insanlarla manevr etməyi əla bilir. Əgər Tramp buna hazır deyilsə, o zaman onun görüş otağında qalacağı hər artıq dəqiqə təhlükəyə çevriləcək”. Bunu isə Brukinq universitetindən (Vaşinqton) Tomas Rayt bildirib.
Böyük Britaniyanın “The Guardian” qəzeti Trampın Ağ Ev ekspertlərinə Vladimir Putinlə görüşdə ona təklif olunacaq diplomatik “rüşvət” lərin siyahısını hazırlamağı tapşırdığını yazır.
Lakin Qərb ekspertləri Trampın ən çox Putinin tələb və təkliflərinə hazırlaşmalı olduğunu düşünür.
“Tramp Rusiyanın özü ilə bərabərhüquqlu super dövlət kimi davranılması ilə bağlı gözləntilərinə hazır olmalıdır. Hərçənd ki, Kreml bundan ötrü mövcud olan bütün beynəlxalq normaları tapdalayır”. Bunu Buş və Obama dövründə Pentaqonda yüksək vəzifə (Müdafiə nazirinin müavini-red.) tutmuş, hazırda Con Hopkins universitetinin Mütərəqqi beynəlxalq araşdırmalar məktəbində tədris edən Mara Karlin “The Guardian”a yazıb.
Ekspertin rəyinə görə, ABŞ prezidenti Putinin Qərbin “Avropa təhlükəzliyinin təmin edilməsi üzrə təşəbbüs proqramı” (Avropanın təhlükəsizliyi üçün pul vəsaitlərinin ayrılması nəzərdə tutulur-red.), habelə qoca qitədə hava hücumundan müdafiə sistemləriin qurulması, o cümlədən ABŞ ordusunun Avropada güclənməsi ilə bağlı şikayətlərinə hazırlıqlı olmalıdır.
ABŞ-ın nüfuzlu politico.com saytının icmalçısı Maykl Krouli də Ağ Ev administrasiyasında narahatlıq ab-havasının hökm sürdüyünü yazır.
“Putin bu görüşə konkret gündəliklə gələcək. Bu cür görüşlərdə o, həmişə hazırlıqlı olur”, - deyə “Kissinger Associates”in icraçı direktoruTomas Qrem sayta bildirib. Bundan başqa sayt yazır ki, Qrem öz rəisi, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin bu həftənin 4-cü günü Rusiya prezidenti ilə görüşünün təsadüf olmadığını bildirib. Müəllifin fikrincə, əgər Tramp Putinlə “oturub söhbət edək” formatında görüş keçirsə bu onun Rusiya prezidenti ilə dostlaşmaq niyyətini büruzə verəcək. Bəzi ABŞ rəsmiləri isə Trampın Putinlə, daha qeyri-formal, diplomatik dillə ifadə edilsə “kənara çəkərək” görüşməli olduğunu düşünr.
“Tramp aylardır bu görüşə hazırlaşır. Administrasiyadakı digər şəxslər isə böyük tərəddüd içindədirlər”, - Tomas Qrem sayta bildirib.
“Fikrimcə, prezident hələ də Rusiya ilə münasibətləri yaxşılaşdırmaq ideyasından əl çəkməyib. O, buna olduqca ciddi yanaşır”. Bunu da Vaşinqtonda yerləşən “Center for the National Interest” mərkəzinin rəhbəri Dmitri Sayms “politico” saytına rəyini söyləyib.
Lakin Sayms Trampın bunun üçün konkret hərəkət planının olmadığı qənaətindədir. O, bu səbəbdən həmin görüşdə hansısa irəliləyişin baş verəcəyi ehtimalı olmadığını qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?