Vəzifə müddəti 3 il uzadılan İran İslam İnqilabı Keşikçiləri Ordusunun general-mayoru Məhəmməd Əli Cəfəri Səudiyyə Ərəbistanı hakimiyyətini terrorçu dövlət adlandırıb.
İnqilab Keşikçiləri üzvlərinin iştirak etdiyi bir tədbirdə çıxış edən Cəfəri Ər-Riyad hökumətini "məlun" (lənətlənmiş-red) adlandırıb və deyib: "Bu gün Səudiyyə Ərəbistanı bölgədə terrorçu bir dövlətə çevrilir. Bölgədə bu gün sadəcə kifayət qədər gücü olan ölkələr təhlükəsiz qala bilirlər".
Qeyd edək ki, İnqilab Keşikçiləri ötən ay İranda baş verən terror aktlarına görə Səudiyyə Ərəbistanını günahlandırmışdı./ölkə.az/
Sorğu
Yeni dizaynımız necədir?