GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Kremldən ermənilərə görə Azərbaycana hədə kimi tələb: Bakıdan cavab gecikmədi

Kremldən ermənilərə görə Azərbaycana hədə kimi tələb: Bakıdan cavab gecikmədi

Tarix: 6-07-2017, 11:13 Bölmə :Dünya Baxış: 375
Rusiya XİN erməni əsilli vətəndaşlarının müdafiəsinə qalxdı; “Vəziyyətdən nəticə çıxaracağıq”, deyə xəbərdarlıq edən Moskva Xankəndində girov saxlanılan Rusiya vətəndaşı Dilqəmi niyə unudub? Son erməni vəhşiliyi fonunda İrəvana edilən reveransın “astar üzü”...

“Rusiya Azərbaycana gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı diskriminasiyanı dayandırmağı tələb edir”. Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) dünən yaydığı açıqlamada deyilir.

“Həqiqətən də Azərbaycana gələn Rusiya vətəndaşlarının etnik əlamətə görə diskriminasiyaya məruz qaldığını bəyan eləmək zorundayıq. Biz iki ölkə arasında dostluq əlaqələri ilə bir araya sığmayan qızışdırıcı diskriminasiya praktikasını dayandırmağı tələb eləməkdə davam edirik. Aydındır ki, yaranmış vəziyyətdən nəticələr çıxaracağıq”, - deyə XİN-dən xəbərdarlıq şəklində bildirilib.

Rusiya XİN-in açıqlamasında həmçinin iddia edilir ki, bu ilin əvvəlindən Rusiyanın 25 vətəndaşına Azərbaycana girmək yasaq olunub: “Onları bir neçə saat saxlayıb, bəzən də ac-susuz, tibb xidmətin olmadan ləngidib, sonra da öz hesablarına xaric ediblər. Bu zaman əsas kimi də onların erməni familiyaları götürülüb. Hərgah, elə hallar da olub ki, bəzi rus ad-soyadlı şəxslər də ”erməni əcdadları" ilə bağlı sorğu-sual ediliblər. Biz dəfələrlə, o cümlədən nota şəklində olan müraciətlərimizdə bu praktikaya son verilməsini tələb eləmişik. Lakin yönlü və məqbul cavab ala bilməmişik. Azərbaycanın cavab notasında deyilir ki, xoşagəlməz eksseslərin qarşısını almaq üçün Azərbaycan bir sıra şəxslərə qarşı müxtəlif tənzimləmələr tətbiq eləməyə məcburdur" - açıqlamada vurğulanır.
***
Kremlin Bakıya qarşı belə bir davakar ritorikası ilk baxışda qəribə görünə bilər. Axı, cəmi bir neçə gün öncə Rusiya Azərbaycana əvvəllər əldə edilmiş ikitərəfli müqavilələrə əsasən, növbəti partiya silah-sursat və döyüş texnikası göndərib - hansı ki, işğalçı Ermənistanda hələ də ciddi müzakirə mövzusudur və Rusiya əleyhinə yeni etiraz dalğasına səbəb olub. Bəlkə elə bu yolla Moskva erməni ictimai rəyini sakitləşdirmək istəyir?

Ancaq o da var ki, rəsmi Kreml hazırda məhkəməsi gedən və üçlü vətəndaşlığa (Rusiya, İsrail, Ukrayna) malik Aleksandr Lapşinə görə də Bakıdan inciklidir. Çünki lap əvvəldən Moskva ən yüksək səviyyədə onun Azərbaycana ekstradisiya olunması və mühakimə edilməsinə qarşı çıxıb.

Mümkündür ki, Rusiya heç olmasa, indi “bir güllə ilə iki dovşan vurmağa” çalışır. Yəni həm satellit Ermənistanı sakitləşdirmək, həm də Lapşin insidentinə görə Bakıya “diş ağartmağa” çalışır ki, yekunda bloggerlə bağlı istəyinə nail olsun. Axı hər necə olmasa, bu, Rusiya üçün bir imic məsələsidir. O üzdən XİN-in açıqlamasında sərt ton, bir az da xəbərdarlıq notları (“Vəziyyətdən nəticələr çıxaracağıq”) diqqət çəkməyə bilməz.

***
Rəsmi Moskvanın Bakıdan bu tələbi cəbhə xəttindəki son insident zamanı yaşanan balaca Zəhra və nənəsinin qan donduran faciəsi fonunda xüsusilə qəribə görünür. Maraqlıdır ki, biz bu vəhşiliyin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya XİN-in səviyyəsində pislənməsini gözlədiyimiz halda, XİN-dən tam əks işarəli bir münasibət görürük.
Artıq məsələyə Azərbaycan XİN-dən reaksiya gəlib.
“Azərbaycanla Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir”. Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana gələrkən hava limanında gözlədilməsi və geri göndərilməsi barədə Rusiya XİN-in bəyanatını şərh edərkən deyib.
Mətbuat katibi daha sonra bildirib ki, bu barədə Rusiya tərəfinə məlumat verilir: “Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb. Təəssüf ki, milliyyətcə erməni olan bəzi şəxslər etnik zəmində təfriqə aparır. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk. Rusiyalı həmsədr, o cümlədən digər həmsədrlər üzərilərinə düşən öhdəlikdən çıxış edərək münaqişənin həlli üçün səylərini artırmalıdır. Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərimizdən çıxarılmalıdır. Regionda sülh, hərtərəfli gediş-gəliş və sivil münasibətlər təmin olunmalıdır”.

Beləcə, rəsmi Bakı bir daha aydın şəkildə işarə vurub ki, Moskvanın erməni əsilli vətəndaşlarla bağlı narahatlığına son qoymağın tək yolu Rusiyanın özünün də dəstəyi ilə erməni işğalına son qoymaqdır. Əfsus ki, bu yöndə Kremlin ciddi səyləri gözə dəymir. Halbuki Moskva istəsə, qısa zamanda Qarabağ məsələsində irəliləyişə nail olar.
***
Əlavə edək ki, Rusiya Lapşinlə yanaşı, necə vaxtdır bir erməninin işini də Bakıdakı səfirliyi vasitəsilə ciddi nəzarətə götürüb. Söhbət ötən il Bakı hava limanında narkotikə görə saxlanılan, 8 illik həbsə məhkum edilmiş Marat Mirzəyandan (Uledanov - arvadının soyadıdır-red.) gedir. Rusiya tərəfi çalışır ki, Mirzəyan heç olmasa, ekstradisiya edilsin və cəzasını Rusiyada çəksin.
Amma nədənsə, rəsmi Moskva digər vətəndaşı - 3 ildir qanunsuz şəkildə Dağlıq Qarabağ ərazisində separatçı rejim tərəfindən girov saxlanılan və qondarma məhkəmənin hökmü ilə ömürlük həbsə məhkum edilmiş Dilqəm Əsgərovla maraqlanmır. Bu mövzuda sualları isə Mariya Zaxarova başda olmaqla, Rusiya XİN rəsmiləri qıcıqla qarşılayır. Ona görə ki, Diqləm erməni deyil?

Şübhəsiz ki, belədir. Amma o, Rusiya vətəndaşıdır!/musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün yüksək səviyyədə siyasi dialoqu təqdir edirik

    Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün ...

    24-12-2015, 18:01

  • 
  • Rusiya XİN Ermənistana silah satışı ilə bağlı açıqlama verdi

    Rusiya XİN Ermənistana silah satışı ilə bağlı ...

    26-02-2016, 12:18

  • 
  • Rusiya XİN Dağlıq Qarabağda baş verənləri diqqətlə izlədiyini bildirdi

    Rusiya XİN Dağlıq Qarabağda baş verənləri ...

    2-04-2016, 13:46

  • 
  • Kremldən Ərdoğana xəbərdarlıq: "Qarışıqlıq yaradırsınız"

    Kremldən Ərdoğana xəbərdarlıq: "Qarışıqlıq ...

    21-07-2014, 12:51

  • 
  • XİN: "Türkiyə və Rusiya arasında qarşıdurma Azərbaycanı narahat edir"

    XİN: "Türkiyə və Rusiya arasında qarşıdurma ...

    2-02-2016, 22:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu