BMT-nin İraq üzrə elçisi azad edilmiş Mosulda İŞİD-lə bağlı mülki vətəndaşlara qarşı hücumlardan narahat olduğunu ifadə edib.
Yan Kubis BMT Təhlükəsizlik Şurasındakı nitqində bəyan edib ki, ərazidə İŞİD-lə əlaqəli olmuş ailələrə qarşı kollektiv cəza verməyə meylli tendensiya müşahidə olunur.
O deyib ki, militantlarla qohumluğu olan iraqlılar evlərindən qovulur, onların evləri müsadirə ouuynur və başqa qisas əməlləri ilə üzləşirlər.
Kubis İraq baş naziri Heydər Əl-Abadini bu hücumların qarşısını almağa çağırıb və xəbərdarlıq edib ki, dəlil olmadan mülki vətəndaşlara qarşı törədilən əməllər İraq konstitutsiyasını və beynəlxalq hüquq prinsiplərini pozur.
O, İŞİD militantlarının törətdikləri cinayətlərlə bağlı bütün dəlillərin qorunub saxlanmasına çağırıb ki, sonradan bu dəlllər əsasında mühakimə prosesi keçirilsin.
Elçi bildirib ki, Mosulun gələcəyi "ciddi sınaqdır" və hökumət əlindən gələni etməlidir ki, hərbi qələbəni sabitliyə çevirsin.
Kubis həmşçinin Kürdüstan regionunnn müstəqillik üzrə referendum keçirməsi planına toxunaraq tərəfləri dərhal danışıqlar aparmağa çağırıb. O, deyib ki, danışıqlar neft və gəlirlərin paylaşdırılmasını əhatə etməlidir ("Amerikanın səsi").
Sorğu
Yeni dizaynımız necədir?