Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan regiona iki günlük səfərə yola çıxarkən Qətər və qonşuları arasında gərginliyin uzadılmasının heç kimə xeyir vermədiyini deyib.
Cənab Ərdoğan Qətər və qonşuları arasında gərginliyə çözüm yollarını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına, Küveytə və Qətərə səfər edəcək. İyun ayından etibarən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir, Qətəri İranla yaxşı münasibətdə olmaqda və terrorçuluğu dəstəkləməkdə təqsirləndirərək körfəz əmirliyi ilə əlaqələrini kəsiblər. Qətər terrorçu qrupları dəstəkləməsi barədə ittihamları rədd edir.
Dörd ölkənin Qətərə qarşı tətbiq etdiyi boykot, qazla zəngin olan ölkəni 2,7 milyonluq əhalisinə lazım olan ərzaq mallarını hava və su ilə idxal etməyə məcbur edib. "Qətər böhranını daha da uzanmasının heç kimə faydası yoxdur", İstanbul aeroportunda təyyarəyə minmədən əvvəl cənab Ərdoğan jurnalistlərə bildirib. AFP xəbər agentliyinin məlumatına görə, o, adını çəkmədiyi "düşmənlərin" körfəz ölkələri arasında mübahisə yaratmaq istdəyini deyib. Türkiyə Qətəri regionda ən mühüm müttəfiqlərindən biri sayır və bu ölkədə hərbi baza saxlayır.
Hər iki ölkə İranla münasibətlərdə eyni mövqe tutur. Türkiyə və Qətər İranı Yaxın Şərqdə mühüm bir ölkə olduğunu qəbul edirlər və onunla müsbət əlaqələr saxlamağa çalışırlar. Lakin təhlilçilər cənab Ərdoğanın Səudiyyə Ərəbistanını qıcıqlandırmaq istəmədiyini deyirlər. ay prezident Erdoğan (sağda), Qətərin xarici işlər naziri Şeyx Məhəmməd ibn Əbdul Rəhman əs-Sani (solda) ilə danışıqlar keçirmişdi O, Səudiyyə Ərəbistanını Körfəzdə ən mühüm ölkə olduğunu deyib və böhranın sona gəlməsində "böyük rolu" olacağını bildirib. Cənab Ərdoğan böhranın həllinə yönəlmiş əlaqlərdə Küveytin vasitəçiliyini dəstəklədiyini qeyd edib. Cümə günü Qətərin əmiri Şeyx Tamim ibn Həməd əs-Sani böhranı sona gətirmək üçün danışıqlar keçirməyə hazır olduğunu, lakin Qətərin suverenliyinə hörmət göstərilməsinin lazım olduğunu deyib. Böhranın başlanğıcında dörd ərəb ölkəsi Qətərə 13 tələbdən ibarət siyahı göndərmişdi. Siyahıya Al Jazeera xəbər şəbəkəsinin və Türkiyə hərbi bazasının bağlanması, İranla əlaqələrin azaldılması və Müsəlman Qardaşları təşkilatı ilə əlaqələrin kəsilməsi tələbləri daxil idi. Qətər bu tələbləri rədd etdikdən sonra, dördlük mövqeyini yumşaldaraq Qətərdən altı ümumi prinsipləri qəbul etməsini istədiklərini bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?