MHP sədr müavinləri başda olmaqla yüzlərlə bozqurdçu meydana gəldi
Milliyyətçilər Taksim hadisələrinə dəstək veriblər. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının sədr müavinləri başda olmaqla 500-dən çox fəalı Taksimə gəlib. MHP sədrinin müavinləri Cəlal Adan, Atilla Kaya, Ali Torlak, Kocaeli Lütfü Türkkan, Ülkü Ocaqları başqanları və digərləri Taksim meydanında jurnalistlər üçün brifinq keçiriblər. MHP İstanbul təşkilatının sədri Əbdurrahman Başkan «Gəzinti Parkı»nın sökülməsinin əleyhinə olduqlarını bildirib. O, İdarə Məhkəməsinin çıxardığı qərar gec də olsa haqlı olduğunu bildirib.
Polis zorakılığını pisləyən milliyətçilər, «Öl de ölək, vur de vuraq» şüarı ilə Gümüşsuyu rayonu istiqamətində yürüş ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?