İstanbulun valisi Hüseyn A. Multu Gezi Parkı ilə bağlı heç bir müdaxilənin olmayacağını bildirib. Polis qüvvələri Taksimdəki abidədə və Adabazarı Mədəniyyət Mərkəzindəki pankartları götürərək, binanın üzərinə Türk bayrağı və Atatürkün rəsmlərini asıblar.
Türkiyə mətbuatı Taksimdəki son vəziyyətlə bağlı bunları yazır: "Bir qrup polisə daş atarkən, bəzi nümayişçilər onlara əngəl olmağa çalışırdırlar".
10.09
Hazırda İstanbulun Taksim meydanında gərgin anlar yaşanır. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gümüşsuyu prospektində toplanan çox sayda polis qüvvələri saat 07:30 radələrdindən Taksim meydanına girib.
Polis mütəmadi olaraq "Heç bir şəkildə Gezi Parkına müdaxilə edilməyəcək. Məqsədimiz Atatürk Mədəniyyət Mərkəzi ətrafında nizam-intizam yaratmaqdır" elanları səsləndirilir.
Türkiyə mətbuatı yazır ki, hazırda ərazidə 20 polis avtobusu gətirilib. Polis hazır vəziyyətə gətirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?