GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Britaniya mətbuatı: Səudiyyə şahzadəsi qadınlara bikini icazəsi verən kurort yaradır

Britaniya mətbuatı: Səudiyyə şahzadəsi qadınlara bikini icazəsi verən kurort yaradır

Tarix: 4-08-2017, 14:34 Bölmə :Dünya Baxış: 343
Britaniya mətbuatı: Səudiyyə şahzadəsi qadınlara bikini icazəsi verən kurort yaradır


Səudiyyə qadınlarına bikini icazəsi veriləcək...Xüsusi kurortda

"The Telegraph" və "Evening Standard" qəzetləri yazır ki, Səudiyyə taxt-tacının yeni vəliəhdi yeni sahil kurortunun yaradılması planlarını elan edib və bu dəbdəbəli istirahət mərkəzində fəaliyyət göstərən xüsusi qanunlar qadınlara çimərlikdə bikinidə görünmək icazəsi verəcək.
Səudiyyə iqtisadiyyatını modernizasiya etməyi qarşısına məqsəd qoymuş Məhəmməd bin Salman deyib ki, bu kurort ölkənin Qırmızı dəniz sahilində yaradılacaq.
Şahzadə turistlərin qadınların uzun çadraya bənzər əbalarda gəzişdiyi kurortlara çox da can atmadıqlarını bildiyindən, bu qərara gəlib ki, yeni kurortda "beynəlxalq standartlara uyğun yeni qanunlar" qüvvədə olacaq.
Səudiyyə Ərəbistanında qadınlara aid qanunlar bütün dünyada ən repressiv qanunları sayılır. Onlara maşın sürmək və kişi qohumlarının razılığı olmadan səyahət emək qadağan olunub.
Bu ölkənin qadınları evdən kənarda üzlərini və vücudlarını tamamilə örtən geyimdə olmalıdırlar. Ötən ay bir qadın kimsəsiz kənddə mini ətək geyindiyinə görə ifadə verib.
Alkoqollu içkilər krallıqda qadağandır və ona yeni kurortda icazə verilib-vetilməyəcəyi bilinmir.
Səudiyyə Ərəbistanının ictimai investisiya fondunun məlumatında deyilir ki, "lüks kurort şəbəkəsi 50-dək insan ayağı dəyməyən sahil adalarında qurulacaq".
Fondun saytında qeyd olunur ki, "Qırmızı dəniz kurortu layihəsi" Səudiyyəni dünya turizminin xəritəsinə gətirəcək.
Kurortun inşasına 2019-cu ildə başlanacaq və tikintinin birinci fazası 2022-ci ildə tamamlanacaq. Burada 2035-ci ilədək milyon turistin qəbul edilməsi gözlənilir.
Qırmızı dəniz layihəsi Məhəmməd bin Salmanın "2030-cu ilə baxış" proqramının tərkib hissəsidir.
Bu proqram kralllığın neftdən asılılığına son qoymalıdır.
Bəzi xarici investorlar adının baş hərfləri ilə "MbS" kimi tanınan şahzadənin planlarını alqışlayıblar, lakin bəziləri bu planların həyata keçəcəyinə inanmadıqlarını bildiriblər.
Səudiyyə Ərəbistanı Qırmızı dənizdə özünün kurort layihəsinə başladığı bir vaxtda qonşu Misir turistləri onun özünün elə həmin dənizin sahillərində yerləşən kurortlarının təhlükəsiz olduğuna əmin etmək istəyir.
Misirin turist məkanları son illərdə, Rusiya təyyarəsinin qəzası da daxil, bir neçə hay-küylü hücumlara məruz qalıb. Bu hadisələrin nəticəsində Misirə turist axını kəskin azalıb.
Səudiyyə isə bəyan edir ki, onun yaratdığı kurort kompleksində təhlükəsizlik ən yüksək beynəlxalq səviyyədə təmin olunacaq.
Səudiyyə şahzadəsinin planlarına görə əksər əcnəbilər yeni kurort zonasına birbaşa vizasız səfər edə biləcəklər.

Ruslar ara-sıra prezident Trampı "iqtidarsız" adlandırırlar, the İndependent qəzeti yazır.
"The Independent" yazır ki, nəhayət Donald Trampın tvitlərindən birində yazılanlar həqiqətdir. Prezident yazıb ki, hazırda, ən azı post-Sovet dövrü ərzində ABŞ-Rusiya münasibətləri özünün "ən aşağı səviyyəsindədir".
Redaksiya məqaləsində deyilir ki, Trampın azsaylı müsbət prezidentlik vədlərindən biri də Yer planetinin dağılmaqdan xilas etmək məqsədilə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması idi, lakin indi bu vədin icrasi da göyə sovrulub.
Ruslar ara-sıra prezident Trampı "iqtidarsız" adlandırırlar və onlar Konqresin yeni sanksiyalar barədə qanunu qəbul etməsilə bağlı ən kəskin ritorikadan istifadə edirlər.
Baş nazir Dmitri Medvedev Konqresin qanunu qəbul etməsini Rusiyaya qarşı "tammiqyaslı iqtisadi müharibə" adlandırıb və deyib ki, iki ölkə arasında münasibətlərin yaxşılaşacağına olan ümidlər sönüb.
Məqalədə deyilir ki, ruslar açıq-aşkar Trump-ın fəaliyyətindən narazıdırlar və onun Moskvadakı reytinqi ABŞ-dakı reytinqi kimi sürətlə enir.
Tramp özünün təmtəraqlı tvitlərində Rusiya ilə birlikdə necə nəhəng işlər görə biləcəyindən dəm vursa da, Moskva az qala özünün müttəfiqi saydığı bu adamdan söz yox, əməl gözləyirdi.
Prezident Putin başa düşüb ki, Tramp Moskva üçün Obama və ya George W Bush -dan heç də daha yaxşı deyil.
Putin indi düşünür ki, bəlkə də Clinton-un prezidentliyi Rusiya üçün daha yaxşı ola bilərdi.
"The Independent" yazır ki, əgər rusların Trampa Ağ Evə gəlməkdə kömək etdikləri barədə iddialar doğrudursa, onda Kreml innən belə ABŞ prezidenti üçün daha təhlükəli olacaq.
Medvedev artıq öz çıxışında prezident Tramp-ın impiçmentə yaxınlaşdığından, Amerika Konstitusiyasının "25-ci maddəsindən" və "hökumət çevrilişindən" söz açıb.
Məqalədə deyilir ki, böyük bir ehtimalla Rusiya hökumətində Donald Trump-a dair "çirkli" kompromat var və bu informasiya Trump-ın Ağ Evdən getməsini daha da sürətləndirə bilər.
Belə bir cəfəng vəziyyət yarana bilər ki, Kreml Ağ Evə gətirdiyi adamı oradan çıxarmağa çalışar.
Ötən il bəzi şərhçilər deyirdilər ki, Trump-ın prezidentliyi dövründə Üçüncü Dünya Müharibəsi ehtimalı, Clinton-un prezidentliyində ola biləcəyindən dəfələrlə azdır. Lakin indi bu kimi şərhlər o qədər də ağıllı səslənmir.
Tramp hazırda respublikaçılardan o qədər aralanıb ki, innən belə nəinki ruslara, heç özünə də kömək edə bilməz.
"The Independent" prezident Trampı əl-qolu "Konqres cırtdanları" tərəfindən kəndirlənmiş Lemuel Gulliver-ə bənzədir.
Məqalədə deyilir ki, Trump-ın əl-qolunu bağlayan digər faktor Rusiyada ona dair kompromatın olduğuna dair iddialardır.
Bununla belə, qəzet yazır ki, Trampın belə zəif və xaotik vəziyyətə düşməsinin əsas səbəbi onun özünün yetkin şəxsiyyət olmamasıdır.
Məqalədə deyilir ki, ruslar bunu çoxdan dərk ediblər, respublikaçılar və Amerika xalqı isə indi-indi dərk etməyə başlayır.
Ən qəribəsi isə budur ki, indi həm amerikalılar, həm də ruslar Tramp daha böyük ziyan vurmadan onun divanə prezidentliyinin bitməsini istəmək kimi ortaq marağa malikdirlər.
Qurbanlara abidə lazımdırmı?
"The Times" qəzetində Janice Turner yazır ki, o, Norveç hökumətinin kütləvi qatil Anders Breivik-in qətlə yetirdiyi 77 nəfərə xatirə abisədi qoymamaq qərarını bəyənir.
Məqalədə deyilir ki, qətllərin baş verdiyi Utoya yarımadasının bir guşəsində planlaşdırılan bu abidə kağız üzərində çox təsirli və romantik görünürdü.
Lakin övladlarını itirmiş valideynlər də daxil bir çox norveçlilər təbiətin bu dilbər guşəsində turist izdihamı yaradacaq abidənin qurulmasına qarşı çıxıblar.
Burada, Utoya meşəsinin dərinliklərində qurbanların adları yazılmış gümüş həlqə artıq mövcuddur.
Turner sual edir ki, qatili məşhurlaşdırmadan qurbanların xatirəsini əbədiləşdirmək mümkündürmü?
Məsələn, New Yorkdakı Ground Zero parkındakı hovuzlar boz və hüznlüdür.
Lakin eyni sözləri buranın qonşuluğunda yerləşən 9/11 muzeyi barədə demək olmaz. Burada terror hücumun qurbanlarına aid əşyalar nümayiş etdirilir.
Amma jurnalistin sözlərinə görə bu eksponatlar yeni heç nə öyrətmir, ölənlərin ruhunu isə şad etmir.
Turner yazır ki, qurbanlara həsr edilmiş abidələr Berlindəki Holokost memorialı və ya Londondakı 7/7 abidəsi kimi sadə olmalıdır.
Norveçdə yaradılacaq xatirə abidəsinin adı Yaddaş Yaraları olmalıydı.
"Amma belə bir abidə Breivik-in öz xatirəsini də əbədiləşdirməklə qatili həyacana gətirməzdimi?" - yazır jurnalist./bbc.om
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının vəliəhdini təbrik edib

    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı ...

    23-06-2017, 19:34

  • 
  • Səudiyyə Ərəbistanında xalq qiyama qalxdı...

    Səudiyyə Ərəbistanında xalq qiyama qalxdı... ...

    10-07-2014, 01:37

  • 
  • Ərdoğan Səudiyyə Ərəbistanına gedib

    Ərdoğan Səudiyyə Ərəbistanına gedib ...

    29-12-2015, 23:39

  • 
  • Səudiyyə kralı 459 ton yüklə səfər edəcək

    Səudiyyə kralı 459 ton yüklə səfər edəcək ...

    1-03-2017, 00:22

  • 
  • Səudiyyə ilə İran arasında növbəti QALMAQAL

    Səudiyyə ilə İran arasında növbəti QALMAQAL ...

    10-07-2016, 18:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu