GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin siyasi və iqtisadi tankı “Rosneft” - heyrətamiz faktlar

Putinin siyasi və iqtisadi tankı “Rosneft” - heyrətamiz faktlar

Tarix: 21-08-2017, 10:58 Bölmə :Dünya Baxış: 340
Putinin siyasi və iqtisadi tankı “Rosneft” - heyrətamiz faktlar


Qərb mətbuatının, daha doğrusu dövlətlərinin hədəfində ilk növbədə bu nəhəng rus maşını gəlir


Rusiyanın dövlət neft konserni “Rosneft” Kremlin dünyada “yaşıl adamcıqlar”, nüvə raketləri, “Armata” tankları qədər effektiv silahıdır.
Rusiya dünya siyasətində hegemonluğu bərpa etməyə məhz “Qazprom” və “Rosneft” kimi şirkətləri gücləndirərək başlayıb.
Bu şirkətlərin qarşısında duran qurumlar isə bir-bir əzilib.

Son günlərdə Almaniyanın keçmiş kansleri Gerhard Şröderin “Rosneft”in İdarə heyətində işə düzəlməsi alman mətbuatının, o cümlədən siyasətçilərinin ciddi tənqidinə səbəb olub. Onlar sentyabr ayında keçiriləcək seçkilər öncəsində Rusiya rəhbərliyinin bu addımının ölkədaxili siyasi proseslərə müdaxilə hazırlığında olduğu qənaətindədirlər:

“Bu zamana qədər “Rosneft” Qazprom qədər qonşu ölkələrlə (xüsusilə Ukrayna) və Qərb dövlətləri ilə siyasi münaqişələrə girişmirdi. Lakin son dövrlərdə neft konsernin fəaliyyətinə göz atdıqda Kremlin iqtisadiyyatla siyasəti bir-birindən ayırmaqdığını açıq şəkildə görmək olar”, Almaniyanın “Sueddeutsche Zeitung” qəzetindən Yulian Hans yazır.

Müəllif xirtdəyə qədər borcun içində olmasına rəğmən “Rosneft”in Venesuela hökumətinə 6 milyard dollarlıq kredit ayırmasını da eyni strategiyanın təzahürü hesab edir. “Rosneft” bundan başqa Liviya, Misir və İraq kimi ölkələrdə də ciddi aktivlik nümayiş etdirir, onlara böyük məbləğdə kreditlər ayırır.

Alman mətbuatını əsas narahat edən “Rosneftin” ölkənin iqtisadi və siyasi həyatının mühüm oyunçularından birinə çevrilmək istəyidir. Belə ki, bu ilin may ayına “Rosneft”in Berlindəki şöbəsinin binasının açılışı zamanı konsernin rəhbəri İqor Seçin Almaniyaya yaxın 5 il ərzində 600 milyon avro vəsait yatıracağını bildirib. Hazırda “Rosneft” Almaniyanın neft emalı sənayesinin üçdə bir hissəsinə, Almaniyanın aldığı xammal neftin dörddə bir hissəsinə sahibdir.

Ölkəyə investisitya qoyulması baxımından əslində müsbət hesab ediləcək bu addım alman siyasətçilərinin üzünü güldürmür.

Çünki “Rosneft” hər şeydən öncə iqtisadi maraqları deyil, dövlətdən aldığı Kremlin siyasi məqsədlərini həyata keçirən orqan kimi qəbul olunur.

Yəni Qərb üçün Rusyanın Müdafiə nazirliyi, FTX, Xarici Kəşfiyyat Xidməti nədirsə “Rosneft” də eyni funksiyanı icra edən təşkilatdır.

Yulian Hansın məqaləsində şirkətin rəhbəri İqor Seçinin vaxtilə Rusiya prezidenti kimi DTK-nın kadr zabitlərindən olduğu, Putinin Sankt-Peterburqda Sobçakın administrasiyasında vitse-mer vəzifəsini tutarkən onun köməkçisi vəzifəsində işlədyi, daha sonra Kreml administrasiyasında dövlətin energetika siyasətini kurasiya edən şəxsə çevrildiyi, Putinin ikinci dəfə baş nazir olduğu vaxtda isə hökumətdə onun müavini vəzifəsini tutduğu vurğulanır.

Bundan başqa 2003-cü ildə Mixail Xodorkovskiyə məxsus YUKOS şirkətinin məhkəmə sistemi və xüsusi xidmət orqanları tərəfindən yox edilməsi sayəsində onun aktivlərinin qeyri-qanuni olaraq “Rosneft”ə keçdiyi və məhz həmin vaxtdan qurumun Rusiyanın ən iri neft şirkətinə çevrildiyinə diqqət çəkilir.

Məqalədə “Rosneft”in bununla da doymayaraq ölkədəki bütün özəl neft şirkətlərini ya xoşluqla, ya da zorla ilhaq etdiyi göstərilib:

“Məsələn 2014-cü ildə Yevgeni Yevtuşenkov ona məxsus olan “Başneft” şirkətindən “Rosneft”in xeyrinə zorla əl çəkdirilməyə məcbur edilmişdi. Yevtuşenkov məhz bunun sayəsində Mixail Xodorkovski kimi uzaq Sibirdə həbsxana həyatından canını qurtara bilib. Lakin “Rosneft” indiyə qədər ondan əl çəkmir və əlavə 2,5 milyard dollar pul tələb edir”, - yazıda iddia olunub.
Yazıda “Rosneft”lə bağlı keçən həftə daha bir səs-küylü məhkəmə işinin başlandığına yer verilib. Bu Rusiyanın keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayev barəsində korrupsiya ittihamı ilə keçirilən məhkəmə prosesidir. Keçmiş nazir İqor Seçinlə girişdiyi mübarizənin əvəzini ağır ödəyir:

“Nə qədər heyrətamiz olsa da, İqor Seçin hazırda Putindən sonra ölkədə 2-ci qüdrətli adam sayılır. Öz hakimiyyətinin malik olduğu miqyasa görə ona Putin hakmiyyətinin “Dart Veyderi” (“Ulduz müharibələri” filminin antoqonist qəhrəmanlarından biri-red) deyirlər" ,- Yulian Hans yazır.

Məqalə müəllifi Şröderin Seçin kimi adamdan başqa “Rosneft”in qəsbkarlıq siyasətini həyata keçriən Oleq Feoktistov kimi başqa bir kəşfiyyatçı ilə çalışacağını bildirir. Oleq Feoktistov FTX-nın keçmiş generalıdır. 2016-cı ildən o, “Rosneft”in təhlükəsizlik xidmətinə rəhbərlik edir.

Almanlar Rosneft kimi şirkətlərin ölkə iqtisadiyyatına gətirəcəyi “xeyirləri” indidən görürlər. Bu səbəbdən onlar Şröderə hazırda “sapı özündən olan balta kimi” baxırlar./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Rosneft" Azərbaycan üzərindən yanacaq ixrac edəcək

    "Rosneft" Azərbaycan üzərindən yanacaq ...

    29-06-2016, 15:56

  • 
  • “LUKoil”u Vahid Ələkbərovdan almaq planı

    “LUKoil”u Vahid Ələkbərovdan almaq planı ...

    31-07-2013, 21:58

  • 
  • Kremlin “boz kardinalı” Bakı ermənisinin bütün şirkətlərini aldı

    Kremlin “boz kardinalı” Bakı ermənisinin bütün ...

    10-01-2014, 12:18

  • 
  • Rusiyada Azərbaycan müzakirələri

    Rusiyada Azərbaycan müzakirələri ...

    18-11-2013, 12:57

  • 
  • “LUKoil” prezidenti Putinin sevimli oliarxına çevrilib

    “LUKoil” prezidenti Putinin sevimli oliarxına ...

    10-11-2013, 18:33


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu