gundemxeber.az saytı xəbər verir ki,İzmirin təhlükəsizlik xidməti sosial şəbəkələrdə nifaq salmaq çağırışları ilə bağlı 24 Twitter istifadəçisini həbs edib. Həbslər ardınca müxalif Cümhuriyyət Halq Partiyasının yerli şöbəsinin başqanı Ali Engin, Twitter istifadəçilərinin saxlanıldığı məhbəsə baş çəkərkən deyib ki, 38 adamın həbsinə dair prokurorluğun göstərişi ilə 24 adam yaxalanıb. P adresləri müəyyən edilmiş daha 14 adamın şübhəli qismində axtarışa verildiyi bildirilir. CHP-nin İzmir üzrə katibi, vəkil Sevda Erdan Kılıç həbs edilənlərin günahkar olmadığını deyib. "İfadələri alınan adamların sənədlərinə baxtım. Twitter-də paylaştıqlarını təhlil etdim, bu paylaşılanlar arasında vətəndaşları təşviq edəcək bir şey yoxdur. Bunlar hamımızın paylaştığımız ifadələrdir”. Baş nazir Recep Tayyip Erdoğan iki gün bundan əvvəl Twitter şəbəkəsini “bəla” kimi tənqid edib. "Sosial mediya deyilən şey əslində bu anda cəmiyyətlərin baş bəlasıdır" .
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?