ABŞ prezidenti Donald Tramp qadınları qorxudan, onlara gözünü dikən yaramaz murdarın biridir.
gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bu fikirlər prezidentliyə keçmiş namizəd Hillari Klintonun “Nə baş verdi” adlı yeni kitabında yer alır. Kitaban audiofraqmenti MSNBS telekanalı “Morning Joe” proqramında səsləndirib. “Prezidentliyə namizədlərin ikinci debatı gedirdi və Donald Tramp həmişə nəyə görəsə məndən arxaya keçirdi. Bundan iki gün qabaq bütün dünya onun qadınlara sataşmağı ilə necə fəxr etdiyini eşitmişdi. İndi biz onunla balaca səhnədə tək idik, mən hara gedirdimsə o arxamca gedirdi, məndən gözünü çəkmirdi, sifət ifadələri qururdu. Olduqca qeyri-komfort vəziyyət yaranmışdı, o, sözün hərfi mənasında mənim kürəyimdə nəfəs alırdı. Tüklərim biz-biz olmuşdu. Bu, həmin məqamlardan biri idi ki, ətrafdakılardan soruşasan: “Axı nə edək?”. Sakit qalıb gülümsəyək və elə görkəm yaradaq ki, o sənin şəxsi məkanına təcavüz etməyəcək? Yaxud geri dönüb düz onun gözünün içinə baxaq və aydın şəkildə deyək: “Əl çək, murdar. Uzaqlaş mndən. Mən bilirəm sən qadınları qorxutmağı sevirsən, lakin məni qorxuda bilməzdən, ona görə də sürüş burdan” - Hillari Klinton kitabında yazır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?