GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ kürdlərin hesabına Suriyada on illər boyunca qalmaq istəyir

ABŞ kürdlərin hesabına Suriyada on illər boyunca qalmaq istəyir

Tarix: 28-08-2017, 14:26 Bölmə :Dünya Baxış: 327
ABŞ kürdlərin hesabına Suriyada on illər boyunca qalmaq istəyir


Kürdlər isə istifadə olunmaqdan və arada qalmaqdan çəkinirlər

Suriyada və İraqda İŞİD-ə qarşı əməliyyatlar uğurla davam etdirilir.

Burada bir-birilə vuruşan bir çox tərəf olsa da, hər kəsi özünə düşmən etməyi bacaran yeganə təşkilat İŞİD-dir. Xarici mediada ABŞ rəhbərliyinin İŞİD-in məhv edilməsindən sonra kürdlərin hesabına bölgədə uzun illər boyunca qalmaq planları barədə analitik yazı və rəylər dərc olunur.

“ABŞ-ın Suriyada on illəri əhatə edən planı mövcuddur. Gələcək perspektivdə bununla bağlı Suriyanın şimal rayonlarına nəzarət edən qüvvələrlə ABŞ arasında hərbi, siyasi və iqtisadi sazişlərin imzalanması tamamilə mümkün görünür”, - Bəşər Əsədə müxalif olmaqla bərabər İŞİD-ə qarşı vuruşan Suriya Demokratik Güclərinin (SDG) rəsmi nümayəndəsi Tələl Silo “Reuters”-ə bildirib.

Hazırkı anda əsasən kürd dəstələrindən təşkil olunan SDG ABŞ-ın bölgədə əsas müttəfiqi sayılır. Silonun söylədiyinə əsasən, amerikalıların bölgədə hərbi aerodrom tikmək planları var. “Bu, sadəcə başlanğıcdır. Amerika bütün bu yardımları sonradan çıxıb getmək üçün etmir”, - Silo qeyd edib.

Reuters-in müsahibi Suriyanın ABŞ gücləri üçün Yaxın Şərqdə yeni baza rolunu oynaya biləcəyindən söhbət açıb: “Ola bilsin ki, burada “İncirlik” hərbi bazasına alternativ dayaq nöqtəsi yaradılsın”.

Ümumiyyətlə Suriyanı indiki məqamda “bazalar ölkəsi” adlandırmaq olar. Rusiya uzun müddətdir Suriya hökumətinin razılığı ilə Hmeymim aviabazasında öz hərbi qulluqçularını və texnikasını saxlayır. Bundan başqa, İran hərbçilərinin fəaliyyəti üçün ölkədə xüsusi yerlər ayrılıb. Vaxtaşırı bu bazalarda İranın məşhur generalı Qasım Süleymaninin öz tabeçiliyindəki şəxsləri ilə fotolarını görmək olar. Bəşər Əsədin digər yaxın müttəfəqi Hizbullah əsasən İsraillə sərhədə yaxın bölgələrdə möhkəmlənib.

Suriyanın şimalında, Əl-Bab şəhərinə isə Türkiyə ordusunun hərbi hissələri nəzarət edir. Bu gün Əl Bab Türk Ordusunun Suriyadakı əsas dayaq məntəqəsidir. Ankara, Tehran və Moskva arasındakı sazişə görə, İdlibdə də türk əsgərləri yerləşdirilməlidir. Lakin şəhər hələ ki, Türkiyə silahlı qüvvələrinin nəzarəti altına keçməyib. Burada “Əhrar əş şam” və radikal dinçi “Cəbhət əl Nüsrə” qrupları arasında amansız döyüşlər gedir.

Anadolu agentliyinin məlumatına əsasən, Suriyda ABŞ-ın 10 hərbi bazası fəalyyət göstərir. Bütün bu bazalar əsasən kürdlərin məskunlaşdığı və SDG-ni nəzarəti altında olan bölgələrə cəmləşdirilib. İndi bu bölgə Şimali Suriya federasiyası adlandırılır. Kürdlər burada Dəməşq tərəfindən tanınmayan muxtariyyat elan ediblər. Bölgədə Rumeylan və Kobani şəhərlərində hərbi aerodromlar vastəsilə ABŞ SDG-yə hərbi dəstək verir. Kürd birlikləri İŞİD-in qeyri-rəsmi paytaxtı Rakkaya hücumun da özəyini təşkil edirlər. Belə görünür ki, ABŞ bölgədə Türkiyənin dərin etirazlarına rəğmən ən yaxın müttəfiqi olaraq məhz kürdləri seçib.

Buna rəğmən, kürdlər arasında məsələyə olduqca ehtiyatla və fərqli yanaşanlar var. “Yezidi-press” qəzetinin redaktoru Rüstəm Rzqoyan Rusiya mətbuatına verdiyi müsahibədə bütün bu prosesin kürdlər üçün xeyirlə nəticələnməyəcəyini söyləyib: “Kürdlər Suriyada ABŞ-ın siyasətini gerçəkləşdirməkdən ötrü sadəcə bir alətdir. Burada Suriyada böhranın başlandığı ilkin dövrləri yada salmaq çox vacibdur. Həmin vaxtlar hamı Bəşər Əsədlə savaşmaq üçün birləşmişdi. Elə indinin özündə də ABŞ kürdləri məhz Əsədə qarşı vuruşan qüvvə olaraq nəzərdən keçirir”.

Rüstəm Rzqoyanın fikrincə, İŞİD üzərində qələbə Suriya böhranının bitməsi demək olmayacaq: “Tam əksnə, bu, ABŞ tərəfindən dəstəklənən kürd qüvvələri ilə Rusiyanın tutduğu Əsəd rejimi arasında amansız müharibənin başlanğıcına çevriləcək. Kürdlər bu qazanın içinə girməməlidirlər. İkincisi, Vaşinqtona güvənmək də doğru deyil. Amerikanın hələ ki, NATO-dakı müttəfəqi Türkiyədən əl çəkmək fikri yoxdur”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ İŞİD-in hərbi əmirini məhv etdi

    ABŞ İŞİD-in hərbi əmirini məhv etdi ...

    22-04-2016, 00:35

  • 
  • ABŞ İŞİD-i bombaladı

    ABŞ İŞİD-i bombaladı ...

    9-09-2014, 11:54

  • 
  • ABŞ İŞİD-i Suriyada da vura bilər

    ABŞ İŞİD-i Suriyada da vura bilər ...

    22-08-2014, 15:04

  • 
  • Kürdlər İŞİD-i məhv etdi

    Kürdlər İŞİD-i məhv etdi ...

    6-01-2015, 21:52

  • 
  • ABŞ elçisi: “Suriyada əməliyyatlar başlayacaq”

    ABŞ elçisi: “Suriyada əməliyyatlar başlayacaq” ...

    4-09-2014, 19:29


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu