GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » PUTİN REJİMİNİN “AXİLLES DABANI” – Rusiyanın xaricdə gizlədilmiş kapitalı təhlükə qarşısında!

PUTİN REJİMİNİN “AXİLLES DABANI” – Rusiyanın xaricdə gizlədilmiş kapitalı təhlükə qarşısında!

Tarix: 29-08-2017, 00:15 Bölmə :Dünya Baxış: 317
PUTİN REJİMİNİN “AXİLLES DABANI” – Rusiyanın xaricdə gizlədilmiş kapitalı təhlükə qarşısında!


Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti zənn edildiyindən də zəifdir. Bundan əlavə onun hakimiyyətinin özülü ierarxik hakimiyyət klanının konsolidasiyası əsasında qurulub. Elə məhz belə hakimiyyət də onun siyasi yaşamının ən böyük təhlükəsinə çevrilib.


Səbəb isə çox sadədir. Etibarlı mülkiyyət hüququnun olmaması və Rusiyadakı korrupsiyalaşmış kapitalizm sistemi Putinin dostları olan iri məmurları və oliqarxları öz pullarını xaricdə saxlamağa vadar edir. Üstəlik də bu pullar Putinin kəskin tənqid etdiyi Qərb ölkələrinin banklarında saxlanılır.
Putin incəliklə özünə loyal olan adamların köməyi ilə hakimiyyətin üç həlqəsini yaradıb –dövlət, dövlət şirkətləri və loyal “özəl” şirkətlər. Bu proses onun hələ Federal Təhlükəsizlik Xidmətinin sədri işlədiyi 1998-1999-cu illərdə başlamışdı. O zaman Putin ölkənin gizli polisi üzərində nəzarəti ələ götürmüşdü.
Lakin hakimiyyətin konsolidasiya prosesinin ən mühüm dövrü Putinin 2000-2004-cü illərdəki prezident müddətidir. Əvvəlcə, 2000-ci ilin yayında o, Rusiya televiziyasına nəzarəti ələ keçirdi. Sonra isə Putin dövlət və regional hakimiyyət orqanlarının vertikal hakimiyyətini yaratmaqla yanaşı, məhkəmə sistemində də özünün istədiyi kimi “qanunun diktaturasını” qurdu.
Bundan sonra 2003-cü ilin parlament seçkilərində Dövlət Dumasında (Rusiya parlamentinin aşağı palatası) və Federasiya Şurasında (yuxarı palata) çoxluq qazandı. Dövlət hakimiyyətinin zirvəsi sayılan Təhlükəsizlik Şurasına üç DTK generalını yerləşdirdi:Sergey İvanov, Nikolay Patruşev və Aleksandr Bortnikov.
Hakimiyyət həlqəsinin möhkəmləndirilməsi üçün Putin növbə ilə ilk olaraq 2001-ci ilin may ayında“Qazprom”dan başladı. O dövlət şirkətləri üzərində nəzarəti ələ keçirərək, onlara prezidentlər və direktorlar şurasına özünə loyal adamları sədr təyin etdirdi. İndi dövlət şirkətlərinin üç başlıca top-meneceri var. Bunlar “Rosneft”də İqor Seçin, ”Qazprom”da Aleksey Miller, ”Rostex”də isə Sergey Çemezovdur.
Putin 2007-ci ildə dövlət sektoru üzərində hakimiyyəti bərkitdi. Özünün ikinci prezidentlik müddətində yaratdığı nəhəng şirkətlər ucuz dövlət maliyyələşməsi hesabına əhəmiyyətli səviyyədə genişlənib. Həmin şirkətlər öz sahələri üzrə inhisar yaradıblar. Bu şirkətlər iqtisadiyyatın böyüməsi mənbəyi deyil, hakimiyyət və gəlir mənbəyi kimi qəbul edildiyi üçün onlar rəqabətin olmasında, sahibkarlığın inkişafında, innovasiyalarda maraqlı görünmürlər.Onlar üçün korporativ idarəetmənin yeganə standartı Putinə loyal olmaqdır.
Sonra Putin öz qüdrətli “dostlar”ı və onların şirkətlərindən ibarət üçüncü hakimiyyət həlqəsi yaradıb. Birinci dördlük belə görünür: Gennadi Timçenko, Arkadi Rotenberq, Yuriy Kovalçuk, Nikolay Şamalov.

Bu şəxslərin davranışları əsasən kleptokratiya kimi dəyərləndirilir, lakin Putin onların çoxsaylı şübhəli əməliyyatlarının qanuniliyini texniki baxımdan təminat altına almaqdan ötrü, özünün qanunverici səlahiyyətlərindən istifadə edib. Məsələn, “dostlar”ın dövlət şirkətlərindən aşağı qiymətə aktivlər almaq hüququ var. Bundan başqa onlar heç bir rəqabət görmədən dövlət müqavilələri ilə təmin edilirlər.
Putinin yaratdığı sistem 1860-cı illərdəki böyük islahatlara qədərki çar sisteminə çox oxşayır. Və haqlı olaraq Putini çox vaxt “Yeni çar” adlandırırlar, çünki onun hakimiyyəti hüquqi cəhətdən sərhədsizdir (Ancaq buna baxmayaraq, onun üçün ictimai fikir və populyarlıq reytinqi mühüm amildir). Rusiyanın institusional inkişafını təmin etmək əvəzinə, o ölkənin dərin şəkildə institutsuzlaşması ilə məşğul olub. Belə ki, Putin icra, qanunverici və məhkmə hakimiyyətinin öz əlində cəmləşdirilməsinə yönəlmiş siyasət aparıb.
Amma etibarlı mülkiyyət hüququnun yoxluğu şəraitində varlı rusiyalılar və həmçinin də Putinin dostları yaxşı anlayırlar ki, onların aktivlərinin yeganə təhlükəsiz saxlanma yeri xarici ölkələrdir. Rublun tamamilə konvertasiya edilməsi və ölkədən məhdud sayda pul çıxarılması hesabına onlar öz gəlirlərini vergi ofşorlarına köçürə bilərlər. Təbii olaraq bütün bunlar Putinin nəzarətində olmayandördüncü hakimiyyət həlqəsinin meydana gəlməsinə gətirib çıxarıb. Həm də ki, bu vergi ofşorları artıq təhlükəsiz olmaqdan çıxmış kimidirlər.
“Çirkli pullar”ın “yuyulması” ilə bağlı maliyyə tədbirlərinin həyata keçirilməsindən sonra İsveçrədəki bank sirlərinin qorunması və pulların “yuyulması” zəiflədi. Və nəticədə kiçik ada dövlətlərindəki çoxsaylı vergi ofşorları təmizləndi. Ofşorlar demək olar ki, yalnız iki böyük istiqamətdə qalır -ABŞ və Böyük Britaniyada.
Hər iki ölkədə vayuta vasitələrinin anonim köçürülməsinə icazə verilir və aktivlərin sahiblərinə isə öz şəxsiyyətlərinin gizlədilməsinə imkan yaradılır. Hər il on milyardlarla dollar ABŞ-dakı hüquqi firmaların qeyri-şəffaf bank hesablarından keçir ki, bu da pulların “yuyulmasına” gətirib çıxarır.
Ümumiyyətlə, Qərb hökumətləri öz ərazilərində bu cür fəaliyyətləri nəzarətə götürmək üçün ciddi səylər göstərmirlər. Krımın Rusiya tərəfindən qanunsuz ilhaqına cavab olaraq tətbiq edilmiş sanksiyaların şərtlərinə görə, Putinin dostlarının ABŞ və Avropa Birliyindəki aktivləri dondurulmalıdır. Reallıqda isə praktik olaraq heç bir aktiv “tapılmayıb”.
Vəziyyəti dəyişməyin vaxtı gəlib çatıb. Sanksiya altında olan şəxslərin və onların aktivlərinin kompleks araşdırılmasına başlamaq lazımdır. Rusiya ofşor zənginliyinin böyük bir hissəsinin saxlanıldığı ABŞ və Böyük Britaniyada da, əksər Avropa ölkələrindəki kimi sahibkarların anonimliyinə qadağa qoymalıdır. ABŞ, həmçinin müştərilərin ölkəyə anonim və “çirkli pullar”ın köçürülməsi üçün vəkillərin imtiyazlarından istifadə olunmasına da icazə verməməlidir.
Yaxşı xəbər artıq üfüqdə tərəqqinin görünməsi ola bilər. Prezident Donald Tramp tərəfindən 2 avqust tarixində imzalanmış yeni qanun, 180 gün ərzində “yüksək vəzifəli xarici siyasət fiqurları və Rusiya Federasiyasının oliqarxları” və onlara məxsus aktivlər barəsində dərin təhqiqat aparılmasını nəzərdə tutur. Bu siyahıya həmçinin həmin şəxslərin həyat yoldaşları, uşaqları, valideyinləri, qardaş və bacıları da daxildir.
Rusiyanın liberal siyasətinin veteranı Leonid Qozman deyib: “Bizim təbliğatçıların sözlərinə görə, Rusiya dövləti çox dəyərli, ancaq çox kövrək məmulatdan hazırlanıb və onu korrupsiyaya qarşı mübarizədən tutmuş, talançılıqla məşğul olan məmurun istefaya göndərilməsi tələbinə kimi istənilən qüvvə dağıda bilər”.
Rusiyanın Nyu-York, London və sairə şəhərlərdə toplanmış nəhəng həcmdəki kapitalını nəzərə alsaq, Qərb həmin bu kövrəklidən yararlanmq üçün ideal mövqedə dayanmış kimi görünür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Dünyanın Ən Varlı Adamıdır

    Putin Dünyanın Ən Varlı Adamıdır ...

    24-12-2013, 23:18

  • 
  • Putinin Türkiyədə KQB agenti işlədiyi üzə çıxdı - Foto

    Putinin Türkiyədə KQB agenti işlədiyi üzə çıxdı - ...

    10-12-2015, 18:55

  • 
  • Vladimir Putinin səfəri başladı

    Vladimir Putinin səfəri başladı ...

    13-08-2013, 16:57

  • 
  • Putin Romaya 50 zirehli maşınla gəlib

    Putin Romaya 50 zirehli maşınla gəlib ...

    27-11-2013, 05:49

  • 
  • Putinin Əliyev hakimkiyyətinə qarşı məxfi planı

    Putinin Əliyev hakimkiyyətinə qarşı məxfi planı ...

    7-12-2012, 12:28


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu