GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Myanma məsələsi Kadırovu ilk dəfə Kremllə qarşı-qarşıya gətirdi

Myanma məsələsi Kadırovu ilk dəfə Kremllə qarşı-qarşıya gətirdi

Tarix: 6-09-2017, 12:41 Bölmə :Dünya Baxış: 396
Myanma məsələsi Kadırovu ilk dəfə Kremllə qarşı-qarşıya gətirdi


Çeçen lider Rusiyanın bütün müsəlmanlarının lideri olmaq istəyini gizlətmir; Moskva ona qulaqburması verəcəkmi?

Myanmada müsəlman rohincalarla buddistlər arasında toqquşma Rusiyada gözlənilmədən xarici siyasət məsələsindən daxili problemə çevrilib.

Kadırovun Rusiyanın mərkəzi hakimiyyətə göndərdiyi xəbərdarlıq siqnalları Kremli çətin vəziyyətdə qoyub. İndi Moskva problemin həllini, çıxış yollarını axtarır. Çünki Rusiyanın təbii sərvətlərlə zəngin Myanmada öz planları və niyyətləri var.

“Əgər Rusiya Myanmada cinayət törədən şeytanları müdafiə etməkdə davam etsə, mən onun mövqeyinə qarşı gələcəm”, Kadırov Çeçenistanda yüzminlərlə insanın iştirakı ilə keçirilən mitinqdə bəyan edib. Kadırovun bu bəyanatını qonşu İnquşetiya, Şimali Osetiya, Qaraçay-Çərkəz, Stavropol vilayətlərinin dini rəhbərləri də dəstəkləyib. Bundan başqa, çeçen liderin bəyanları Rusiyanın müftilər şurasının sədr müavini Rövşan Abbasovun da təqdirdolu sözlərinə səbəb olub. Abbasov Kadırovun Rusiyanın bütün müsəlmanlarının rəyini ifadə etdiyini bildirib. Lakin Moskva hələ ki, Myanmanın hərəkətlərini qınamaq fikrindən uzaqdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Misir prezidenti Əbdülfəttah Əs Sisi ilə görüşündən sonra keçirdiyi brifinqdə Rusiyaın Myanmadakı hadisələrdən narahat olduğunu və rəsmi məqamları yaranan situasiyanı tez bir zamanda ələ almağa çağırdıqlaırnı bildirib.

Kadırovun söylədikləri ilə bağlı olaraq isə Peskov bunu müsəlmanların Myanmadakı hadisələri emosional qarşılaması ilə izah edib. O, Myanma səfirliyi önündə cihad çağırışlarına isə hüquq-mühafizə orqanlarının səlahiyyəltəri çərçivəsində baxılacağını söyləyib.

Görünür, Peskovun üstüörtülü xəbərdarlıqları işə yarayıb. Ramzan Kadırov özünün Teleqram kanalında Vladimir Putinə müsəlmanlara qarşı zülmü pislədiyi və Myanma hakimiyyətini situasiyanı ələ almaq tələbinə görə təşəkkür edib. Hər halda, Kadırovun bu “üsyanı” Rusiyanın politoloqlarının diqqətindən yayınmayıb.

“Sivilizasiyaların dialoqu institut”unun rəhbəri Aleksey Malaşenkonun fikrincə, Ramzan Kadırovun nitqlərində emosionallığı siyasi tərkibdən ayırmaq olduqca çətindir. Ekspert Kadırovun “ağ eləməklə” Kremlin özünü pis vəziyyətdə qoyduğunu bildirir: “Mənə elə gəlir ki, hazırkı situasiyada əyləcə basmağın vaxtıdır. Əgər ona bunu başa salmasalar, bundan daha pis olacaq”.

Politoloq Rostislav Turovski Kadırovun hissi hərəkət etdiyini, lakin burada çeçen separatizminin izlərini axtarmağın doğru olmadığını söyləyib: “Kadırov siyasətçi olaraq Rusiyadakı müsəlman cəmiyyətinin hüquqlarının müdafiəçisi kimi çıxış etmək istəyir. Lakin bu, daha çox özünü göstərməyə bənzəyir”.

Rusiya Federasiyası prezidenti yanında Xalq təsərrüfatı və dövlət xidməti akademiyasının elmi əməkdaşı Denis Sokolovun fikrincə, Kadırov bununla nəinki çeçenlərin, həmçinin Rusiyadakı bütün müsəlmanların, hətta ona kin və düşmənçilik bəsləyən dindarların təqdirini qazana və onların liderinə çevrilə bilər.

Sokolovun sözlərinə görə, Kadırov öz xarici işlər nazirliyi, ordusu, siyasəti və ideologiyası olan bir dövlətə rəhbərlik edir. Eyni zamanda, o, federal hökumətə büdcə vəsaitlərinin ayrılması məsələsində respublikanı unutmaması üçün siqnallar göndərir.

Hər halda, Rusiya bu məsələdə daha çox xarici siyasi mənfəətləri çərçivəsində hərəkət etməyə üstünlük verir. Rusiya ekspertlərinin rəyinə görə, Moskva xarici siyasi aspektləri nəzərə almağa məcburdur. Birincisi, Myanma məsələsində Rusiya öz siyasətini Avrasiya məkanındakı yaxın müttəfiqi Çinlə koordinasiya edir.

İkincisi, Moskvanın özü Neypido (Myanmanın paytaxtı) ilə bir sıra sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlığa ümid edir. Myanma dünyanın ən kasıb və ən korrupsiyalaşmış dövləti sayılır. Buna rəğmən, ölkə neft, qaz, ağac, qiymətli daşlar kimi təbii sərvətlərlə zəngindir.

Rusiyanın Kremlə yaxın Valday siyasi klubunun eksperti Fyodor Lukyanov son hadisələri Rusiya müsəlmanlarının xarici siyasətdəki təsirinin gücü olaraq qiymətləndirib. Lukyanov Kadırovun rolunun daha da gücləndiyini söyləyib: “Onun rolu bu məsələdə o dərəcədə böyükdür ki, hətta Rusiya və Çini də qarşı-qarşıya gətirə bilir”.

Rusiyalı ekspert Moskvanın onsuz da Suriyadakı şiə azlığı dəstəkləməklə ölkədəki sünni çoxluğun təpkisini üzərinə çəkdiyini bildirib: “Lakin həmin vaxt ortada ABŞ-la aparılan geopoliitk çəkişmə vardı və vəziyyəti “antiamerikanizm” xilas etmişdi. Myanmada nə əsas gətiriləcək?”....
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Myanmada hökumət qüvvələri ilə müsəlmanların qarşıdurmasında 400-ə yaxın insan ölüb

    Myanmada hökumət qüvvələri ilə müsəlmanların ...

    1-09-2017, 17:32

  • 
  • Myanmada ordu üç min müsəlmanı qətlə yetirdi - VİDEO (18+)

    Myanmada ordu üç min müsəlmanı qətlə yetirdi - ...

    29-08-2017, 14:38

  • 
  • Rusiyanın parçalanması başladı: Qafqaz ayrılır…

    Rusiyanın parçalanması başladı: Qafqaz ayrılır… ...

    4-07-2017, 16:52

  • 
  • Kadırov Çeçenistanda daha 9 evi yandırdı və Moskva qarışdı - Şok Video Foto

    Kadırov Çeçenistanda daha 9 evi yandırdı və ...

    14-12-2014, 02:02

  • 
  • Yüzlərlə müsəlman Moskvada Myanma səfirliyi qarşısında piket keçirib

    Yüzlərlə müsəlman Moskvada Myanma səfirliyi ...

    4-09-2017, 14:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu