Amerikanın Missuri ştatının Sent-Luis şəhərində iğtişaşlar zamanı onlarla insan saxlanılıb.
Yerli sakinlər narkotik alverində şübhəli bilinən 24 yaşlı qaradərilini qətlə yetirən sabiq polis barəsində bəraət hökmü çıxarılandan sonra başlayıb. Sentyabrın 16-da minə yaxın insan şəhər merinin evini mühasirəyə alaraq divarlarına boya ilə qablar atıb, iki pəncərəsini sındırıblar. Daha sonra aksiya genişmiqyaslı iğtişaşlara çevrildi, nəticədə kütlə şəhərin mərkəzində vitrinləri sındırmağa başlayıb və əmlaka külli miqdarda maddi ziyan yetirib. Bir polis yaralanıb və xəstəxanaya yerləşdirilib. Onlarla insan saxlanılıb. "İğtişaşlarla bağlı çoxsaylı həbslər aparılıb", - Polisin məlumatında deyilir. Bildirilir ki, saxlanılan şəxslərin bəzilərində naməlum kimyəvi qarışıqların olduğu şüşələr və silah götürülüb./REPORT
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?