GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Bərzani tarana gedir: sabah kürd dövləti elan ediləcəkmi...

Bərzani tarana gedir: sabah kürd dövləti elan ediləcəkmi...

Tarix: 24-09-2017, 19:37 Bölmə :Dünya Baxış: 388
Bərzani tarana gedir: sabah kürd dövləti elan ediləcəkmi...


Bağdad mərkəzi hökumətinin, Türkiyənin, ABŞ-ı n və İranın sərt şəkildə qarşı çıxmasına baxmayaraq sabah İraqın şimalındakı kürd administrasiyası bölgənin müstəqilliyinə dair referendum keçirəcək. Kürd administrasiyasının lideri Məsud Bərzani bütün diplomatik təzyiqlərə, o cümlədən Türkiyənin hərbi müdaxilə barədə getdikcə güclənən təhdidlərinə baxmayaraq referendumu ləğv etməyib. Beləliklə, sabah kürdlər müstəqilliyə səs verəcəklər və türk şəhəri, neftlə zəngin Kərkükü də tərkibinə daxil edən müstəqil Kürdüstanın elan edilməsi belə görünür ki, qaçılmazdır.

Əslində İraqın şimalında kürdlərin müstəqillik səsverməsinə aparan yolu ABŞ-ın Səddam rejimini devirmək üçün hərbi müdaxiləsindən-2003-cü ildən bu yana başlamışdı. Kürdlər Səddama qarşı ABŞ-ın ən sadiq müttəfiqlərindən olub və təbii ki, bunun əvəzində yaxşıca mükafatlandırılıblar. İraqın şimalında faktiki olaraq Bağdad mərkəzi hökumətinə tabe olmayan, öz ordusuna, hökumətinə malik kürd administrasiyası, yaxud de-fakto kürd dövləti yaradılıb. Bərzani hökuməti hətta Bağdadla razılaşdırmadan neft ticarəti aparıb, regionda İranın təsirlərini azaltmaq üçün bütün vasitələrdən istifadə edən İsrailin də dəstəyi ilə güclənib.

Nəhayət İŞİD-ə qarşı müharibədə yenə kürdlər ABŞ-ın ən sadiq və ən güclü müttəfiqinə çevrilib.Kürd peşmərgələri, o cümlədən PKK-nın qolu olan PYD və YPG silahlıları İŞİD-ə qarşı quru əməliyyatlarının əsas avanqardına çevrilib. Hazırda kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri İŞİD-in “paytaxtı” Rakkada küçə döyüşləri aparır, İraqda isə Mosulun və Telafarın İŞİD-dən geri alınmasında kürd birləşmələrinin rolu danılmazdır. ABŞ kürdləri İŞİD-ə qarşı döyüşlərdə hərtərəfli dəstəkləyib, təchiz edib.

Beləliklə, kürdlər ABŞ və İsrailin regiondakı əsas hərbi müttəfiqlərinə çevriliblər . Eyni zamanda kürd amili Suriya əməliyyatlarında Rusiya tərəfindən də nəzərə alınıb, kürdlər ruslarla da işbirliyinə gediblər və beləliklə də tarixdə ilk dəfə müttəfiqlik münasibətlərini şaxələndiriblər. Dünyanın demək olar ki, bütün aparıcı gücləri regionda öz oyunlarını qurarkən kürd amilini nəzərə alıblar və onunla hesablaşıblar.

Və Bərzani bu unikal situasiyadan indi istifadə etməyib nə vaxt istifadə edəcəkdi? Kürd liderlər belə qənaətə gəldilər ki, müstəqil Kürdüstanı elan etmək üçün ən əlverişli vaxt yetişib. Görünür Ərbildə hesablayıblar ki, ABŞ referendumun keçirilməsinə nə qədər sərt şəkildə qarşı çıxsa belə kürdlərlə müttəfiqliyi pozmayacaqlar və sonda səsvermənin nəticəsi ilə barışacaqlar. Rusiyaya gəldikdə isə rəsmi Moskva da İraqın ərazi bütövlüyünə tərəfdardır və referendumun keçirilməsini istəmir. Lakin Rusiya kürdlərin müstəqilliyə gedən yolunun qarşısını almaq üçün diplomatiyadan o yana keçməyəcək.

Təbii ki, bu referendumdan ən çox narahat olan Türkiyədir . İraqın şimalında müstəqil kürd dövlətinin yaranması dərhal Türkiyənin cənub-şərqində separatçılıq meyllərini gücləndirəcək, digər tərəfdən türk şəhəri Kərkükü Türkiyənin təsir orbitinə qaytarmaq mümkün olmayacaq. İraqın şimalında yaranacaq kürd dövləti Kərkükün zəngin quru neft yataqlarına nəzarət etmiş olacaq və beləliklə də bu dövlətin yaşaması yolunda ciddi iqtisadi əngəllər olmayacaq.

Nəticədə Türkiyə rəhbərliyi son günə qədər Bərzaniyə xəbərdarlıq və təhdid mesajları göndərib, onu referendumu ləğv etməyə çağırıb. Lakin Ərbildə bu təhdidləri və xəbərdarlıqları nəzərə almayıblar. Türkiyənin İraqla sərhədə silahlı qüvvələr cəmləşdirməkdən başqa seçimi qalmayıb və son məlumatlara görə türk ordusu sərhədə yaxın bölgələrdə mövqe tutub müdaxilə əmri gözləyir.

Türkiyə KİV-ləri hərbi qaynaqlara istinadən xəbər verir ki, dünəndən etibarən sərhədə qoşun cəmləşdirilməsi intensivləşib. O cümlədən tanklar, toplar, zirehli maşınlar TIR-larla durmadan İraqla sərhəd Habur sərhəd məntəqəsinə doğru irəliləyir. Türkiyənin sərhədə qoşun cəmləşdirdiyi bir vaxtda İraq ordusunun Baş qərargah rəisi Osman Gənimi Ankaraya səfər edib və türkiyəli həmkarı Hulusi Akarla danışıqlar aparıb. Bundan əvvəl İraq baş naziri Heydər əl-Abadi referendumun toqquşmalara gətirib çıxaracağı halda Şimali İraqa hərbi müdaxiləyə hazır olduqlarını bəyan etmişdi.

Kürdlərin müstəqillik referendumuna İran da qarşı çıxır və bunun səbəbləri barədə geniş danışmağa ehtiyac yoxdur. İran da öz ərazisində PKK-nın qolu olan PJAK-a qarşı uzun illərdir mübarizə aparır və müstəqil Kürdüstanı ciddi təhlükə kimi görür. Bu səbəbdən Türkiyə silahlı qüvvələrinin Baş qərargahı mümkün hərbi müdaxilə ilə bağlı İran tərəfi ilə də məsləhətləşmələr aparır. Lakin analitiklər kürdlərə qarşı mərkəzi Bağdad hökumətinin, Türkiyənin və İranın birgə hərbi əməliyyatlar keçirməsi imkanlarını hələ ağlabatan hesab etmirlər.

Beləliklə, situasiya olduqca mürəkkəbdir və əgər Türkiyə bundan əvvəlki xəbərdarlıqlarının üstündə durub İraqın şimalına hərbi müdaxilə etsə onu kürdlərlə şiddətli müharibə gözləyəcək. İraqın şimalındakı kürd peşmərgələri, o cümlədən YPG və PYD ABŞ-ın sayəsində yaxşı silahlanıb, İŞİD-ə qarşı müharibədə döyüş təcrübəsini təkmilləşdirib və beləliklə də kifayət qədər döyüşkən qüvvəyə çevriliblər. Türkiyə ordusu isə ötən il Suriyanın şimalında böyük sayda qüvvələr cəlb etməsinə baxmayaraq İŞİD-ə qarşı aylarla davam edən hərbi əməliyyatlarda o qədər də yaxşı nəticələr göstərə bilmədi. Türkiyə silahlı qüvvələrinin son illərdə üzləşdiyi təlatümlər ordunun döyüş qabiliyyətinə təsirsiz ötüşməyib.

Gözlənilir ki, referenduda müstəqil Kürdüstanın yaradılmasına səs verənlər 60-70 faiz olacaq. Türklər, yezidi kürdlər və digər etnik azlıqlar səsverməni boykot etməyə hazırlaşır. Bəs referendumdan müstəqilliyə “hə” çıxması avtomatik olaraq müstəqil Kürdüstanın elan edilməsi demək olacaqmı?

Bu, belə deyil, yəni referendum dərhal müstəqil Kürdüstanın elan edilməsinə gətirib çıxarmayacaq. Çünki müstəqillik haqda bəyannaməni Ərbildəki kürd parlamenti səsvermənin nəticəsini nəzərə alaraq qəbul etməlidir. Bərzani isə səsvermədən sonrakı situasiyanı nəzərə almaqla müstəqilliyin elan edilməsini istədiyi qədər uzada bilər. Digər tərəfdən beynəlxalq tərəfdaşlarla, qonşularla razılaşdırılmayan referendumun nəticələrini kim tanıyacaq? Yəqin ki, heç kim. Nəticədə referendumdan ən yaxşı halda “tanınmamış qondarma kürd respublikası” meydana çıxa bilər. Kürdlər hazırda böyük dövlətlərin müttəfiqləridir, amma həmin dövlətlər kürd dövlətinin yaradılması barədə qərar verməyiblər...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Kürdlər müharibə edəcək" - Bərzani

    "Kürdlər müharibə edəcək" - Bərzani ...

    9-09-2017, 14:08

  • 
  • Trampı qalib edən şəxs indi Bərzani üçün çalışır

    Trampı qalib edən şəxs indi Bərzani üçün çalışır ...

    21-09-2017, 21:53

  • 
  • Erdoğan: Şimali İraq belə bir qərarı necə özbaşına verə bilər?

    Erdoğan: Şimali İraq belə bir qərarı necə ...

    20-09-2017, 19:27

  • 
  • İran kürdlərin müstəqillik referendumu keçirmək niyyətinə etiraz edir

    İran kürdlərin müstəqillik referendumu keçirmək ...

    11-06-2017, 21:23

  • 
  • İsrailin müdafiə nazirindən Müstəqil Kürdüstan Dövləti açıqlaması

    İsrailin müdafiə nazirindən Müstəqil Kürdüstan ...

    24-01-2013, 10:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu