Hindistanın şimali-qərbindəki Racastan vilayətində dəhşətli cinayət törədilib.
"Sevgisinə cavab ala bilməyən Ravi evlilik təklifini qəbul etməyən Simanın üstünə benzin tökərək qızı yandırıb.
23 yaşlı gəncin yandırdığı Sima ağır şəkildə yaralanıb. Qorxulu hadisə qızın ailəsinin evdə olmadığı vaxt baş verib.
Ravinin evlilik təklifini qəbul etməyən qız onunla görüşmək istəmədiyini də bildirib. Bundan əsəbləşən Ravi atası ilə birlikdə dəhşətli plan qurub. Gənc qızı izləyən ata və oğul valideynləri evdə olmayan vaxt Simanın yaşadığı evə gəliblər. Ravi özü ilə gətirdiyi benzini qızın üstünə töküb və kibriti çaxıb. Qızın fəryadına qardaşı yetişib. O, bacısının yanan paltarlarını söndürməyə çalışıb. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım Simanı xəstəxanaya yerləşdirib. Simanın bədəninin 75 faizi yanıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Gənc qızın atası Kuber Yadav Ravi və atasını canlı-canlı yandırmaq istədiyini bildirib./ölkə.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?