Roma Papası Benedikt Rusiya Prezidenti Putinlə görüş üçün yarım saat ayırsa da, ikinci bu görüşə 27 dəqiqə gecikib. Belə ki, o, Papayla görüşə gələndə onun hal-əhvalını tutduqdan sonra yalnız “çox sağol, oğlum” sözlərini eşidib və bundan sonra görüş bitib.
Bunu “112 Ukrayna” televiziyasına açıqlamasında Rusiya Dumasının eks-deputatı İlya Ponomaryov söyləyib. Ponomaryovun sözlərinə görə, bu hadisə 2013-cü ilin payızında baş verib: “Mənim bu görüşü hazırlayanlardan aldığım informasiyaya əsasən, görüşün məqsədi Papanın Soçi olimpiyadasını boykot edilməməsi üçün çağırış etməsi idi. Təbii ki, məqsədə çatmaq mümkün olmadı və bundan sonra Mixail Xodorkovski azadlığa buraxıldı. Ona görə ki, Putin buraxılmış fürsətin qarşılığında hansısa gözəl jest etməli idi. Mən sadəcə olaraq Papa XVI Benediktə heyranam. O almandır və almanlar zamana münasibətdə çox həssasdırlar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?