Ermənistanda Sərkisyan başda olmaqla rejimə qarşı vəziyyət getdikcə kəskinləşir.
Bunu açıqlamasında politoloq, diplomat Fikrət Sadıqov bildirib. Politoloqun sözlərinə görə, bu, artıq Ermənistanda acı siyasi reallıqlardan xəbər verir:
“Ermənistanda, Sərkisyan başda olmaqla, rejimə qarşı vəziyyət getdikcə kəskinləşir. Daxili, xarici siyasətdə və iqtisadi inkişaf məsələlərinin həllində heç bir irəliləyiş görmədiklərindən, insanların etirazı daha dərinləşəcək. Bütün ümidləri puça çıxan ermənilərin vəziyyəti olduqca mürəkkəbdir. Əmin deyiləm ki, hazırda Ermənistandakı bu etirazlar birmənalı olaraq Rusiyaya qarşı yönəlib. Sadəcə olaraq, onlar çıxış yolları axtarırlar, bu üzdən də Avropa İttifaqına ümidləri çox böyükdür. Qərbə meyillənmələr fonunda İrəvan separatçı rejimə dəstək vermək fikrinə düşübsə və bu mənada Avropanın onlara kömək göstərəcəyinə ümid edirsə, yanılır. Çünki Avropanın özündə çox güclü separatçılıq tendensiyaları baş qaldırıb. Aparıcı Avropa dövlətləri Ermənistanı heç vaxt bu məsələdə dəstəkləməyəcəklər. Çünki Qərb başa düşür ki, əks halda bu, domino effekti yarada bilər. İrəvan hələ də Moskvanın onları kifayət qədər müdafiə etmədiyini düşünür. Nəinki Ermənistan cəmiyyəti, hətta ölkənin siyasi elitası belə fiziki, siyasi və mənəvi bir yorğunluq keçirib, bu isə işğalçı dövlət üçün yaxşı heç nə vəd etmir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?