Killer öz işinin ustası olub, bıçaq zərbələri ancaq qara ciyər nayihəsinə vurulub
İyunun 11-də axşama yaxın Moskvanın Novinski bulvarında yerləşən “Lotte Plaza” oteli yaxınlığında məşhur erməni biznesmeni Ovik Muradyan qətlə yetirilib. “Qafqazinfo” xəbər verir ki, o, Ermənistanın İrandakı səfiri Murad Muradyanın qardaşıdır.
Erməni qardaşlar hələ 1992-ci ildə “Bamo” adlı Beynəlxalq tikinti şirkəti yaradaraq qısa vaxt ərzində məşhurlaşmışdılar. Sonradan qardaşlardan biri İraqa səfir təyin olunub, o biri isə “Bamo” şirkətinə rəhbərlik etmək üçün Moskvada qalıb.
Şirkətin ortaq rəhbəri, 51 yaşlı O.Muradyanın öldürülməsi hadisəsi təhlükəsizlik kamerası tərəfindən anbaan izlənilib. Kamera görüntülərindən sonra Moskva polisi və müstəntiqlər belə qənaətə gəliblər ki, erməni iş adamının öldürülməsi sifariş xarakterli olub. Öz qurbanını kənardan izləyən maskalı killer çox ehtiyatlı və planlı şəkildə tapşırığını yerinə yetirdikdən sonra, kənarda onu gözləyən “Toyota Kamri” markalı maşına minərək aradan çıxıb.
Beş dəfə bıçaq zərbəsi almış və bir müddət sağ qalan bizmesmen əli ilə sağ tərəfini tutaraq otelin girişinə tərəf qaçıb. Otel gözətçisi onu otelin qapısında yerə oturdaraq sakitləşdirməyə çalışır. Lakin təcili yardım gələrkən o, keçinir. Görünür killer öz işinin ustası olub, çünki, bıçaq zərbələri ancaq qara ciyər nayihəsinə vurulub ki, ölümcül olsun.
“Life News” mənbəsinin məlumatına görə, faktla əlaqədar Moskva polisi tərəfindən cinayət işi qaldırılıb. Killerin axtarışı aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?