Rusiyanın paytaxtı Moskvanın cənub-qərbində silahlı insident nəticəsində 3 erməni güllələnib.
Virtualaz.org “Life News”a istinadən xəbər verir ki, qətl oktyabrın 20-də Kaxovka küçəsindəki “Prins” restoranının yaxınlığında, gecə saatlarında baş verib.
Aqressiv ruhda köklənmiş 2 qrup bir-birinin ünvanına təhqirlər və hədələr səsləndirib.
Və cəmi bir neçə dəqiqə sonra atəş səsləri eşidilib. Nəticədə 19 yaşlı Qanik Maqlyan, 23 yaşlı Ararat Sarkisyan və onun 21 yaşlı dostu, Rusiya Prezidenti yanında Maliyyə İnstitutunun tələbəsi Arman Sarkisyan xəstəxanaya müraciət edib.
Moskva Şəhər Baş Polis İdarəsindən verilən ilkin məlumata görə, atəş açan 2 naməlum şəxs olub. Onlar hadisə yerindən “BMW” markalı avtomobillə qaçıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?