Türkiyənin ardından Səudiyyə Ərəbistanın da Rusiyadan S-400 hava müdafiə sistemi almaq qərarı ABŞ-da tam bir şok təsiri yaratdı.
Pentaqonda Türkiyədən sonra Səudiyyə Ərəbistanın da Rusiyadan S-400 havadan müdafiə sistemlərini almaq qərarı böyük narahatlıq yaradıb. Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin Moskva səfərində iki ölkə arasında S-400 havadan müdafiə sistemləri,” Kornet” tank əleyhinə sistemləri, AK-103 və TOS-1a raket atıcısının satışı ilə bağlı saziş imzalanıb. Səudiyyə Ərəbistanın Rusiyaya S-400 üçün 1 milyard dollar ödəyəcəyi elan ediləndən sonra bunun Pentaqonda təşviş yaratdığı bildirilib. Ağ Ev dəhlizlərində "Bəzi Amerikan müttəfiqlərinin Rusiyadan S-400 alma qərarının təşviş yaratdığı" vurğulanıb. Bu sözlərlə Türkiyənin ardından Səudiyyə Ərəbistanının da eyni qərar alması nəzərdə tutularaq söylənildiyi qeyd olunub. Reuters xəbər agentliyinin xəbərinə görə, Rusiya Səudiyyə Ərəbistanına bu silahların texnologiyasının da transferini həyata keçirəcək. Beləliklə, Səudiyyə Ərəbistanı bu silahları əsas alaraq öz silahlarını inkişaf etdirmək imkanı qazanacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?