İraq Kürd Regional Hökumətinin başçısı Məsud Bərzani Süleymaniyyə şəhərində İraq prezidentinin müşavirləri İyad Allavi və Usame Nuceyfi ilə görüşüb.
Bərzani, Allavi və Nuceyfi İraqdakı mövcud vəziyyəti və siyasi proseslərlə bağlı problemlərin həlli yollarını müzakirə ediblər. Tərəflər arasında aşağıdakı şərtlər razılaşdırılıb: 1) Siyasi partiya və tərəflər arasında danışıqların başlaması; 2) Danışıqlar üçün açıq gündəlik tutulması; 3) İraq Kürd Regional Hökuməti üzərindən sanksiyaların təxirə salınmadan qaldırılması; 4) Ən yaxın zamanda Bağdad və Ərbil arasında görüşlərin başlanması.
Sorğu
Yeni dizaynımız necədir?