GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Terror Amerikanı cənginə alır - proses hara gedir?

Terror Amerikanı cənginə alır - proses hara gedir?

Tarix: 7-11-2017, 11:15 Bölmə :Dünya Baxış: 268
Terror Amerikanı cənginə alır - proses hara gedir?


Arzu Nağıyev: “Ölkədə psixi təsir çox güclüdür, müharibədən qayıdan şəxslərlə o sindrom yaşanır”

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarında növbəti qanlı terror hadisəsi törədilib. Hadisə Texas ştatında baş verib. Məlumata görə, kilsəyə daxil olan silahlı şəxs orada ibadət edənlərə atəş açıb. İlkin məlumata görə, hadisə nəticəsində 27 nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Terror hadisəsini tərədən şəxs isə polis tərəfindən zərərsizləşdirilərək öldürülüb. Qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib.

Məlumata əsasən, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli olub. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.

Hazırda cinayətin motivləri müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir. Devin Patrik Kelli 2012-cu ildə həyat yoldaşı və uşağına hücum etdiyinə görə mühakimə olunub. O, bu hadisədən sonra pis davranışına görə Hərbi Hava Qüvvələrinin sıralarından vəzifəsi aşağı salınaraq istefaya göndərilib. D.Kellinin ötən yayda Texasdakı avoparkda mühafizəçi işlədiyi qeyd olunub.

Daha əvvəl onun 2010-2014-cü illərdə hərbi xidmətdə olduğu, 3 il əvvəl xidmətdən “rüsvayçılıq”la qovulduğu və tribunala göndərildyi bildirilib. İlkin məlumatlara görə, atıcı terror təşkilatlarından heç birinə aid olmayıb.

Bu isə son zamanlar Amerikada sayı artan daha bir terror hadisəsinin dünyada ciddi səs-küy yaratmasının nümunəsidir. Son bir ayda biri Las Veqasda, sonuncusu isə Texasda baş verən bu terror hadisələrinin terror təşkilatları, necə deyərlər, müsəlmanlarla heç bir bağlılığı yoxdur. Bu hadisələr bilavasitə şəxsi zəmində törədilib və icraçının qarışıq, gərgin psixoloji durumunun göstəricisidir. Amma maraqlıdır ki, yerli sakinlər tərəfindən törədilən hər iki hadisəni terror aktı kimi qeydə almayıblar. Daha bir məqam isə ondan ibarətdir ki, müsəlmanlar tərəfindən törədilən terror aktları barədə xəbərlərin, şərhlərin yayılma diapazonu olduqca geniş olur. Bu, dünyada müsəlmanlarla bağlı qorxu aurasının yayılması, müsəlmanların bir qayda olaraq terrorçu kimi qələmə verilməsi istiqamətində düşünülmüş addım sayılır.

Sözügedən tendensiyalarla yanaşı, Amerikada sayı gündən-günə artan terror olaylarının nə ilə nəticələnəcəyi də sual doğurur. Bunun 2001-ci ildə baş verən terroru yaradacağı, proseslərin ona doğru getməsi səslənən ehtimallar sırasındadır.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünyanın istənilən nöqtəsində hər dəfə terror hadisəsi baş verəndə fokus müsəlmanların üzərinə yönəldilir. Onun sözlərinə görə, dünyada 1 milyard 200 milyon müsəlman yaşayır. Bu isə heç terror təşkilatlarının 1 faizini də təşkil etmir. Müsahibimiz bildirdi ki, istər xaç yürüşlərində, istərsə də tarix boyunca baş verən müharibələrdə dini faktordan hər zaman istifadə olunub. Politoloqun fikrincə, Amerikada baş verən son terror olayı da bu qəbildəndir və istisna sayılmaz: “Bu dəfə də dini məsələdən istifadə etmək istədilər. Hadisə baptist kilsəsində baş verdiyi üçün öncə yönləndirməni o istiqamətdə etdilər. Amma sonradan məlum oldu ki, terror hadisəsini törədən şəxs ağdərilidir və müsəlmanlıqla heç bir əlaqəsi yoxdur. Keçmiş hərbçidir, özü də problemli bir həyat yaşayıb. Amma bu cür yönləndirmələrin dini zəmində hansısa qarşıdurmaya səbəb olacağı da şübhə doğurmur. Məsələn, İsrail KİV-ləri bir-bir terrorçunun şəxsiyyəti, dini mənsubiyyəti ilə bağlı informasiyalar yayır. Rusiya və digər maraqlı tərəflər isə bunu açıqlamır. Terrorun artması nə qədər çox olsa, siyasi vəziyyətin gərginliyi barədə daha çox xəbərlər yayılır ki, bu da bəzi tərəflərin marağına uyğundur”.

A.Nağıyev dedi ki, hazırda Amerikada sayı artan terror hadisələri ölkənin siyasi gündəminə də ciddi təsir edib. Onun sözlərinə görə, respublikaçılarla demokratlar arasında bu mövzu ilə bağlı gərgin mübarizə gedir. Daha öncə özbək əsilli terrorçu olayı iki tərəfin arqumentlərinin toqquşmasına səbəb olmuşdu. Belə ki, respublikaçılar Obama hakimiyyəti dönəmində kilsələrin təhlükəsizliyinin azaldığını iddia etdikləri halda, demokratlar isə bu olayı hakimiyyətin, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının səriştəsizliyinin səbəbi olaraq dəyərləndiriblər. Terrorun artması eyni zamanda ölkədə sərbəst silah satışı ilə də əlaqələndirilir. A.Nağıyevin sözlərinə görə, silah satışına daha çox nəzarət edən Respublikaçılar Partiyasıdır: “Hətta onlardan soruşanda ki, bu qədər silah nəyə lazımdır, cavab belə verilmişdi ki, hər bir Amerika vətəndaşı özünü qoruya bilmək üçün silah ala bilməlidir”.

Ekspert hesab edir ki, son dönəm Amerikada terror hadisələrinin sayının artmasında məişət-sosial xarakterli olayların rolu böyükdür. Onun sözlərinə görə, ölkədə psixi təsir çox güclüdür: “Müharibədən qayıdan şəxslərdə o sindromlar yaşanmaqdadır. Və bu da hansısa formada özünü büruzə verir. Müharibə travması yaşamış şəxslərin psixologiyasına bu olay mənfi şəkildə təsir edir. Odur ki, baş verən hadisələri terror adlandırmaq doğrudur. Üstəlik, bu cür terrorların motivi təkcə İslamla bağlı deyil. Ümumiyyətlə, İslam terroru anlayışı yoxdur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Parisin mərkəzində terror aktı nəticəsində 1 polis əməkdaşı həlak olub, 2 nəfər yaralanıb

    Parisin mərkəzində terror aktı nəticəsində 1 ...

    21-04-2017, 18:03

  • 
  • İraqda növbəti terror:2 nəfər ölüb, 5-i yaralanıb

    İraqda növbəti terror:2 nəfər ölüb, 5-i yaralanıb ...

    13-02-2017, 01:01

  • 
  • İraqda növbəti terror:2 nəfər ölüb, 5-i yaralanıb

    İraqda növbəti terror:2 nəfər ölüb, 5-i yaralanıb ...

    13-02-2017, 01:01

  • 
  • Kanada parlamentinə silahlı hücum olub, ölən və yaralanan var

    Kanada parlamentinə silahlı hücum olub, ölən və ...

    22-10-2014, 22:08

  • 
  • Türkiyədə qanlı terror - Xeyli ölən və yaralı var

    Türkiyədə qanlı terror - Xeyli ölən və yaralı var ...

    12-08-2016, 01:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu