Taksim Gəzinti Parkının dağıdılmasına qarşı çıxan nümayişçilər platforma yayaraq öz tələblərini səsləndiriblər. Əvvəlcə nümayişlər zamanı həyatını itirən Abdullah Comərd və Mehmet Ayvalıtaş'ın ailələrinin dərdinə şərik olduqlarını bildirən təşkilatçılar yaralanan minlərlə yurddaşlarına şəfa diləklərini çatdırıblar. Taksim həmrəyliyi hökumətin konkret addımları atmasını gözləyir və aşağıdakıları tələb edir: • Gəzinti Parkı park olaraq qalmalıdır. Taksim Gəzinti parkına Topçu Kışlası adı altında, ya da başqa hər hansı bir quruluşlaşma olmayacağını, layihənin ləğv edildiyinə dair rəsmi bir şərh verilməsini, Atatürk Mədəniyyət Mərkəzinin yıxılmasına bağlı cəhdlərin dayandırılmasını; • Taksim Gəzinti Parkındaki müqavimətdən başlayaraq xalqın ən fundamental demokratik haqq istifadəsini maneə törədən, şiddətlə basdırma əmrini verən, bu əmri uygulatan və tətbiq edən, minlərlə insanın yaralanmasına, iki yurddaşımızın ölməsinə səbəb olan məsullar, başda İstanbul, Ankara, Hatay qubernator və təhlükəsizlik müdirləri olmaq üzrə bütün məsulların vəzifədən alınmasını, qaz bombası və bənzəri materialların istifadə edilməsinin qadağan edilməsini, • Ölkənin dörd bir yanında müqavimətə qatıldığı üçün nəzarətə alınan yurddaşlarımızın dərhal sərbəst buraxılmasını, haqqlarında heç bir istintaq açılmayacağına bağlı açıqlama verilməsini; • 1 May sahəsi olan Taksim və Qızıl Aypara başda olmaq üzrə Türkiyədəki bütün meydanlarımızda, ictimai sahələrimizdə yığıncaq, nümayiş, hərəkət qadağanlarına və hərəkəti maneələrə son verilməsini; ifadə azadlığının önündəki maneələrin qaldırılmasını.
Platformada daha sonra bildirilir: "Bunun yanında 27 May 2013 saat 22.00-dan bu yana ölkəmizin meydanlarında, prospektlərində, küçələrində və bütün ictimai sahələrində yüksələn reaksiyalarının məzmununun, ruhunun, gözləntilərinin, tələblərinin səlahiyyətlilər tərəfindən fərq edilməsi lazım olduğunu düşünürük. Yaşananları "marjinalliq"la şərhə çalışmaq görməzlikdən gəlmək mənasını verər. Gəzinti parkına müdaxilə ilə simgeleşen iqtidar anlayışının yurttaşlarımızda "həyat tərzinə və inanclarına müdaxilə və xor görülmə" formasında edildiyi və buna qadını, kişisi, gənci, yaşlısı ilə böyük bir ictimai reaksiya göstərdikləri; "biz varıq, buradayıq və taleplerimiz var" formasında cavab verdikləri görülməkdədir".
Baş nazir vəkili və baş nazir müavini Bülənt Arınç Taksim Gəzinti Parkı hərəkatını başladan nümayişçilərlə görüşüb. Taksim Platforması üzvləri Bülent Arınç ilə görüşündən sonra prezident Abdullah Gül ilə də görüşəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?