Belçika paytaxtı Brüsseldə baş verən iğtişaşlar zamanı 70 nəfər saxlanılıb.
Iğtişaşlar Liviyaya qaytarılan miqrantlara dəstək aksiyası başa çatdıqdan sonra başlayıb. Otuzadək radikal gənc mağazaların şüşələrini qırmağa, polis maşınlarını daş-qalaq etməyə başlayıb. İğtişaşların qarşısını almaq üçün su şırnaqlarından və helikopterdən istifadə edilib.
Ümumilikdə, 71 nəfər saxlanılıb. İğtişaşlar zamanı xəsarət alan olmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?