Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalya Mədəniyyət Mərkəzində çıxışı zamanı maraqlı etiraf edib.
XİN rəhbəri Türkiyənin nə üçün Avropa Birliyinə (AB) qəbul edilmədiyinin sirrini zalda əyləşənlərlə bölüşüb.
“Fransa və Almaniya rəsmiləri ilə bağlı qapılar arxasında görüşüb “Nədir dərdiniz?” deyə soruşduqda, “Avropa Birliyi bizim güc mərkəzimizdir. Siz daxil olduğunuz zaman Fransa-Almaniya birliyi pozular” deyirlər", - nazir bildirib.
Qeyd edək ki, Türkiyə 53 ildir ki, Avropa Birliyinə üzv olmağa çalışır. Lakin AB-nin əsassız ağır şərtləri səbəbindən üzvlük müzakirələri ilə bağlı irəliləyiş yoxdur./axar.az
Sorğu
Yeni dizaynımız necədir?