Misirin müsəlman sufiləri Məhəmməd peyğəmbərin illik doğum günü mərasiminin təhdidlərə baxmayaraq qeyd ediləcəyini bildirir.
Cümə günü Misirin Sinay yarımadasının şimalında izdihamlı məsşidə edilən hücum zamanı ölənlərin sayı 305 nəfər təşkil edib. Misir rəsmiləri bildirib ki, 27 uşağın da öldürüldüyü hücumun yaraqlılar tərəfindən təşkil olunduğu ehtimal edilir.
Deyilənlərə görə, məscidə hücum yaraqlıların kafir hesab etdiyi sufilərə görə olub.
Hücumun məsuliyyətini üzərinə alan olmayıb.
Ölkədə 3 günlük matəm edilan edilib.
Sufilər Qahirənin tarixi Əl-Hüseyn və bütün ölkə boyu mərasimin dekabrın 1-də təşkil ediləcəyini bildirib.
Misirdə adətən yaraqlılar təhlükəsizlik qüvvələrini hədəf alsa da, son zamanlar Misirin xristian kilsələri və xristian zəvvarlara qarşı hücumlar həyata keçirir.
Bundan əlavə Misirin təhlükəsizlik qüvvələri son 3 il ərzində yüzlərlə polis işçisi və əsgərləri qətlə yetirən İslam Dövləti qrupuna qarşı mübarizə aparır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?