ABŞ hərbi koalisiyasının 2 il öncə İraqın Mosul şəhərində bir yaşayış evini bombalaması nəticəsində Besim Razzo adlı şəxs həyat yoldaşını, qızını, qardaşını və qardaşı oğlunu itirir.
Razzo medianın məsələni ictimailəşdirməsindən sonra bu ilin avqust ayında daxili istintaqın başladılması barədə məlumat aldığını bildirib. “Ərbil şəhərində ABŞ hərbi bazasına getdim. Orada amerikalı vəkillə görüşdüm. Hadisədən dolayı təəssüf hissi keçirdiyini bildirdi. Mənə bununla bağlı ödəniş etmək istədiyini dedi. Təzminatdan söhbət belə getmədi. 15 min dollar təklif etdilər. Təbii ki, rədd etdim. “Bu, axmaqlıqdır” deyib oranı tərk etdim və onlardan bir daha xəbər almadım”, - Razzo bildirib. Zərərçəkən əlavə edib ki, koalisiya həmin vaxt evinin hədəf alınması ilə bağlı görüntüləri İŞİD mövqelərinin vurulması əməliyyatı kimi təqdim edib: “Evimin bombalanması görüntülərini “İŞİD bazası vuruldu” deyə ictimaiyyətə təqdim etdilər. Daha sonra həmin görüntülərin silindiyini dedilər”.
Sorğu
Yeni dizaynımız necədir?