Ankarada kürd müxalifət lideri Səlahəddin Dəmirtaşın məhkəməsi başlayıb. Ona qarşı terrorizm ittihamı irəli sürülüb. Dəmirtaş artıq bir ildir ki, məhkəmədən öncə nəzarətxanada saxlanılır.
Məhkəmə beynəlxalq tənqidlərə səbəb olub. Onun tərəfdarları Ankaranın Sincan məhkəməsi qarşısına toplaşıb.
500 səhifəlik ittihamnamədə Dəmirtaşın terror təşkilarına rəhbərlik etdiyi, terror təbliğatını yaydığı, nifrət və cinayətkarlığı təşviq etdiyi bildirilir.
Məhkəmə zalının dəyişdirilib, yalnız 20 nəfərin iştirakını nəzərdə tutan qərar qəzəblərə yol açıb.
Dəmirtaşın Xalq Demokrat Partiyası HDP-dən sabiq parlament üzvü Hasip Kaplan deyib ki, qanunsuz olaraq toxunulmazlığı ləğv edilən siyasi liderimizi parlament yaxınlığındakı məhkəmə gətirmək belə istəmirlər, 399 gün nəzarətdə saxlanılan liderimizi dar bir zalda mühakimə edirlər. Məhkəmə Demirtaşın nəzarətdə qalmasına dair qərar çıxarıb. Növbəti məhkəmə yanvarın 5-nə təyin edilib./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?