Moskvanın daşınmaz əmlak kralları, “Kiyevskaya ploşad” şirkətinin sahibləri, Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyev Rusiya paytaxtında daha bir nəhəng topdansatış ərzaq bazası tikməyə hazırlaşır
Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, biznesmenlər bu məqsədlə Moskva ətrafındakı Ximki rayonunda 33 hektar torpaq sahəsi alıblar. Sövdələşmə 3 milyard rubl həcmində dəyərləndirilir.
Mənbələr deyiblər ki, “Kiyevskaya ploşad” şirkətinin Moskvadakı “Food City” topdansatış ərzaq bazası tipində yeni topdansatış bazası tikmək planı var. 91 hektar sahəni tutan və 1 milyon kvadratmetrə yaxın obyekt sahəsi olan “Food City” Moskvanın topdansatış ərzaq və meyvə-tərəvəz bazarının böyük hissəsinə nəzarət edir. “Forbes”in hesablamalarına görə obyektin icarəsindən ildə 1.27 milyard dollar gəlir əldə ounur. Nisanov və ortaqları Moskvada bundan başqa bir sıra kommersiya daşınmaz əmlakın sahibləridir.
Bu arada Rusiya mənbələri onu da xəbər verir ki, Nisanov və İliyev “Moskva-Siti” elit yaşayış və biznes kompleksində 50 mərtəbədən ibarət “Grand Tower” göydələninin tikintisi layihəsindən imtina edib. Biznesmenlər bu layihəni Griqori Bayevskiyə satıb. Bayevski Putinin dostu olan Rotenberq qardaşlarının biznes ortaqlarıdır. Hazırda göydələnin tikintisi dayanıb, təkcə özül işləri görülüb. Bu layihənin başa çatdırılması üçün 350-400 milyon dollar investisiya tələb olunur
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?